https://sputnik.az/20230424/lacin-xankendi-yolunda-nbm-in-qurulmasi-sulh-planinin-tecessumudur---rusiyali-politoloq-454092309.html
Laçın-Xankəndi yolunda NBM-in qurulması sülh planının təcəssümüdür - Rusiyalı politoloq
Laçın-Xankəndi yolunda NBM-in qurulması sülh planının təcəssümüdür - Rusiyalı politoloq
Sputnik Azərbaycan
Politoloqun qənaətinə görə, NBM-in qurulmasından sonra erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə və... 24.04.2023, Sputnik Azərbaycan
2023-04-24T21:25+0400
2023-04-24T21:25+0400
2023-04-24T21:25+0400
rusiyalı
ekspert
iqor korotçenko
erməni
nəzarət-buraxılış
məntəqə
təhlil
https://cdnn1.img.sputnik.az/img/41722/26/417222648_0:0:2000:1125_1920x0_80_0_0_db05a26a8a466fb570b8d67058f74fea.jpg
BAKI, 24 aprel - Sputnik. Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin Rusiya sülhməramlıları ilə razılaşdırılması məsələnin sülh yolu ilə nizama salınması planının təcəssümdür.Bu fikirləri Azərtac ilə söhbət zamanı Etnik və Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi rəhbəri, rusiyalı politoloq Anton Bredixin bölüşüb.Bu yaxınlarda Azərbaycanın Dövlət Sərhəd Xidməti bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda qeyd edilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.Onun sözlərinə görə, erməni tərəfi bütün bunlara baxmayaraq, de-fakto regionda qüvvələr balansı ilə razılaşır.Ekspert bildirib ki, erməni tərəfinin nəzarət-buraxılış məntəqəsi tikməsinə gəldikdə, "qoy tiksinlər". Onun fikrincə, ermənilər bununla de-fakto regionda qüvvələr balansı ilə razılaşırlar:Erməni tərəfinin təbliğat tərkibli reaksiyasına rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da diqqəti cəlb edib.Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini şərh edən politoloq deyib ki, Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərarı məcburi xarakter daşıyıb və Laçın dəhlizinin Ermənistandan Qarabağa müxtəlif silah növləri, minalar, silah-sursat göndərilməsi məqsədilə istifadəsi ilə əlaqədardır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41722/26/417222648_147:0:1920:1330_1920x0_80_0_0_da6ef6c07c6347c48be3dd78693e5383.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyalı, ekspert, iqor korotçenko, erməni, nəzarət-buraxılış, məntəqə
rusiyalı, ekspert, iqor korotçenko, erməni, nəzarət-buraxılış, məntəqə
Laçın-Xankəndi yolunda NBM-in qurulması sülh planının təcəssümüdür - Rusiyalı politoloq
Politoloqun qənaətinə görə, NBM-in qurulmasından sonra erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə və geriyə qayıda biləcəklər.
BAKI, 24 aprel - Sputnik. Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin Rusiya sülhməramlıları ilə razılaşdırılması məsələnin sülh yolu ilə nizama salınması planının təcəssümdür.
Bu fikirləri Azərtac ilə söhbət zamanı Etnik və Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi rəhbəri, rusiyalı politoloq Anton Bredixin bölüşüb.
Bu yaxınlarda Azərbaycanın Dövlət Sərhəd Xidməti bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Məlumatda qeyd edilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
"Əgər bu addım Rusiya sülhməramlıları ilə razılaşdırılbsa, həqiqətən çox yaxşıdır. Buna müvafiq olaraq, Rusiya hərbçiləri tərəfindən heç bir iddia və ya ehtiyatlılıq yoxdur. Belədirsə, demək bu, həm də sülh planının təcəssümüdür. Bu addım 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmaların təbii şəkildə reallaşdırılmasıdır”, - deyə Agentliyin həmsöhbəti bununla bağlı bildirib.
Onun sözlərinə görə, erməni tərəfi bütün bunlara baxmayaraq, de-fakto regionda qüvvələr balansı ilə razılaşır.
Ekspert bildirib ki, erməni tərəfinin nəzarət-buraxılış məntəqəsi tikməsinə gəldikdə, "qoy tiksinlər". Onun fikrincə, ermənilər bununla de-fakto regionda qüvvələr balansı ilə razılaşırlar:
"Bununla yanaşı, onlar praktik addımların ardından informasiya cəbhəsində ideoloji fəaliyyətə başlayacaqlar. Müəyyən çıxışlar, etirazlar, mitinqlər, “Daşnaksütyun”un Azərbaycan və Türkiyə bayraqlarına qarşı hərəkətləri kimi təxribatlar (bazar günü İrəvandakı məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması nəzərdə tutulur) tamamilə gözləniləndir. Şübhəsiz ki, Ermənistanın baş naziri Paşinyan bunun erməni xalqının hansısa qələbəsi olması barədə danışmayacaq, əksinə, o, özünü təmizə çıxararaq Azərbaycan tərəfini ittiham edəcək. Hərçənd o, faktiki olaraq, hazırkı status-kvo ilə barışır və görünür ki, bu vəziyyəti hansısa hərbi təxribatlar səviyyəsinə qaldırmayacaq”.
Erməni tərəfinin təbliğat tərkibli reaksiyasına rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da diqqəti cəlb edib.
Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini şərh edən politoloq deyib ki, Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərarı məcburi xarakter daşıyıb və Laçın dəhlizinin Ermənistandan Qarabağa müxtəlif silah növləri, minalar, silah-sursat göndərilməsi məqsədilə istifadəsi ilə əlaqədardır.
"Belə bir fikir söyləmək olar ki, Azərbaycanın hərbi yük maşınının ermənilərin basdırdığı minaya düşməsi səbir kasasını daşıran son damla olub. Müəyyən edilib ki, orada sayı onlarla olan bu piyada əleyhinə və tank əleyhinə minalar 2021-ci ilə aiddir və Ermənistan ərazisində istehsal edilib. Ermənistanın reaksiyasına gəldikdə, bu, ifrat dərəcədə isterikdir və əlbəttə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi İrəvan tərəfindən bəyənilmir. Əksinə, hansısa “yeni erməni soyqırımı”, “etnik təmizləməyə” hazırlıq və s. barədə təbliğat xarakterli bəyanatlar səslənir. Lakin bunlar bəyanat olaraq qalır. Reallıqda isə sadəcə nəzarət proseduru həyata keçiriləcək. Erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə və geriyə qayıda biləcəklər”, - deyə politoloq fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.