CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağ yollarında görmə məsafəsi məhdudlaşacaq

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidDumanlı hava, arxiv şəkli
Dumanlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Abunə olmaq
Rayonlarda havanın temperaturunun gündüz 21-26° istiyə çatacağı bildirilir.
BAKI, 24 aprel - Sputnik. Aprelin 25-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, qurumun məlumatına görə, Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0