https://sputnik.az/20230424/azerbaycan-ile-gurcustan-arasinda-mudafie-sahesinde-emekdasliga-dair-sazis-imzalanib-454084477.html
Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Sputnik Azərbaycan
Müdafiə naziri həmçinin həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində... 24.04.2023, Sputnik Azərbaycan
2023-04-24T15:22+0400
2023-04-24T15:22+0400
2023-04-24T15:22+0400
hərbi
azərbaycanın müdafiə naziri
gürcüstan
saziş
https://cdnn1.img.sputnik.az/img/07e7/04/18/454082146_0:73:927:594_1920x0_80_0_0_ddaccee7f7a38366f677d7d96659934e.jpg
BAKI, 24 aprel - Sputnik. Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/18/454082146_19:0:908:667_1920x0_80_0_0_92322419aff50deea518d36593d71287.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanın müdafiə naziri, gürcüstan, saziş
azərbaycanın müdafiə naziri, gürcüstan, saziş
Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Müdafiə naziri həmçinin həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.
BAKI, 24 aprel - Sputnik. Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.
Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.