https://sputnik.az/20230423/mn-ermenistan-lacin-xankendi-yolunun-girisinde-nbm-qurmaga-cehd-edir-454061182.html
MN: Ermənistan Laçın-Xankəndi yolunun girişində NBM qurmağa cəhd edir - VİDEO
MN: Ermənistan Laçın-Xankəndi yolunun girişində NBM qurmağa cəhd edir - VİDEO
Sputnik Azərbaycan
Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklərin daxil olması müşahidə edilib. 23.04.2023, Sputnik Azərbaycan
2023-04-23T13:10+0400
2023-04-23T13:10+0400
2023-04-23T13:31+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
müdafiə nazirliyi
ermənistan
sərhəd nəzarət-buraxılış məntəqəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:25:1001:588_1920x0_80_0_0_3dfdcd4474439311b348f53c8d1c72e8.jpg
BAKI, 23 aprel - Sputnik. Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427839268_0:0:973:730_1920x0_80_0_0_8f7f455249729904ea15589c71bb7708.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, ermənistan, sərhəd nəzarət-buraxılış məntəqəsi
müdafiə nazirliyi, ermənistan, sərhəd nəzarət-buraxılış məntəqəsi
MN: Ermənistan Laçın-Xankəndi yolunun girişində NBM qurmağa cəhd edir - VİDEO
13:10 23.04.2023 (Yenilənib: 13:31 23.04.2023) Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklərin daxil olması müşahidə edilib.
BAKI, 23 aprel - Sputnik. Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.
Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.
Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.