DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G7 ölkələri taxıl sazişinin uzadılmasını dəstəkləyiblər

© AP Photo / Luca BrunoУрожай пшеницы, фото из архива
Урожай пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2023
Abunə olmaq
Bu barədə assosiasiyanın kənd təsərrüfatı məsələləri üzrə nazirlərinin aprelin 22-23-də Miyazakidə keçirilmiş danışıqlarının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
BAKI, 23 aprel - Sputnik. Yeddilik Qrupu (G7) ölkələri taxıl sazişinin tam həyata keçirilməsini, vaxtın uzadılmasını və genişləndirilməsini qəti şəkildə dəstəkləyir.
APA xəbər verir ki, bu barədə assosiasiyanın kənd təsərrüfatı məsələləri üzrə nazirlərinin aprelin 22-23-də Miyazakidə keçirilmiş danışıqlarının yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Nazirlər həmçinin G7-nin Kiyevə kənd təsərrüfatı infrastrukturunun, o cümlədən irriqasiya qurğularının, qida emalı zavodlarının və anbarlarının bərpasında, eləcə də ukraynalı fermerlərə maliyyə dəstəyinin göstərilməsində dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Bundan əlavə, assosiasiya ölkələri kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi məsələsində Ukrayna hakimiyyətinə kömək etmək niyyətindədir.
Xəbər lenti
0