Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN Ucardakı ağır qəza ilə bağlı məlumat yayıb

© Sputnik / Rahim MammadovQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 23.04.2023
Abunə olmaq
Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
BAKI, 23 aprel - Sputnik. Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
DİN-in​ Baş Dövlət​ Yol​ Polisi İdarəsindən verilən məlumata görə, nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Разбитое лобовое стекло автобуса - Sputnik Azərbaycan, 1920, 23.04.2023
HADİSƏ
Ucarda ağır yol qəzası olub, ölən və yaralananlar var
Xəbər lenti
0