Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qədim nəğmələrimizi yaşadan “Babalar” qrupu - ən kiçiyinin 50 yaşı var

© Photo : AZƏRTACQədim nəğmələrimizi yaşadan “Babalar” qrupu
Qədim nəğmələrimizi yaşadan “Babalar” qrupu  - Sputnik Azərbaycan, 1920, 22.04.2023
Abunə olmaq
BAKI, 22 aprel - Sputnik. Lənkəranda iki ildir ki, fəaliyyət göstərən “Babalar” folklor və rəqs ansamblı tez bir zamanda hər kəs tərəfindən tanındı və sevildi. Bu qrupun yaradılmasının əsas məqsədi xalq mahnılarımızın, milli rəqslərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir. Yeni yaradılmasına baxmayaraq, 9 nəfərin qatıldığı qrup təkcə mədəniyyət tədbirlərində deyil, müxtəlif festivallarda da iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda folklor mahnı və rəqs kollektivlərinin sırasına daha bir qrup - “Babalar” qrupu da qoşulub. “Babalar” xor qrupuna xormeyster Sevinc Abbasova rəhbərlik edir: “Artıq iki ilə yaxındır ki, kollektiv yaradılıb. Əsas məqsədimiz qədim və unudulmaq üzrə olan mahnılarımıza yeni nəfəs qatmaq, bu mahnıları gələcək nəsillərə ötürməkdir. “Babalar” qrupunun yaşının az olmasına baxmayaraq, insanlar tərəfindən çox sevilir. Yarandığı gündən qısa müddət ərzində konsert və festivallara dəvətlər alır. Hazırda yeni mahnılar və rəqslər üzərində çalışırıq. Qarşımıza Azərbaycan mədəniyyətini dünyada tanıtmaq kimi bir hədəf qoymuşuq və inanıram ki, bunun öhdəsindən gələcəyik”.
© Photo : AZƏRTACQədim nəğmələrimizi yaşadan “Babalar” qrupu
Qədim nəğmələrimizi yaşadan “Babalar” qrupu  - Sputnik Azərbaycan, 1920, 22.04.2023
Qədim nəğmələrimizi yaşadan “Babalar” qrupu
“Babalar” xor qrupunun ən kiçiyinin 50 yaşı var. Qrup qarşıdakı aylarda bir neçə konsert və festivallarda çıxış etməyi planlaşdırır.
“Biz əsasən unudulmaqda olan bəstəkar və xalq mahnılarını – “Ay dili-dili”, “Bəri bax”, talış xalq mahnısı “Zənqeyarım” və bir çox mahnıları vaxtaşırı repertuarımıza daxil edirik. Bundan əlavə qarşıdakı aylarda keçiriləcək tədbirlərə çox ciddi hazırlaşırıq. “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərə mahnılar hazırlayırıq. Bununla yanaşı, Ulu Öndərin çox sevdiyi “Küçələrə su səpmişəm” və “Ala göz” mahnılarına xüsusi yer ayırmışıq”, - deyə qrupun ən kiçik üzvü Əli Əkbərov bildirib.
Xəbər lenti
0