https://sputnik.az/20230422/meyvelerin-qabiqli-yeyilmesi-daha-faydalidir-454050691.html
Meyvələrin qabıqlı yeyilməsi daha faydalıdır
Meyvələrin qabıqlı yeyilməsi daha faydalıdır
Sputnik Azərbaycan
Meyvə-tərəvəzlərin qabığında müxtəlif vitaminlər olur. 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T21:32+0400
2023-04-22T21:32+0400
2023-04-22T21:32+0400
səhiyyə
meyvə
alma
armud
https://cdnn1.img.sputnik.az/img/42251/18/422511859_0:274:3072:2002_1920x0_80_0_0_e513df81ed862dbd07ccc56c81f25804.jpg
BAKI, 22 aprel - Sputnik. Meyvə-tərəvəzlərin qabıqlarının faydalı olması hər kəsə məlum olsa da, əksər hallarda onun qabığını soyandan sonra istehlak edirlər. Doğrudur, elə meyvələr var ki, onun qabığını birbaşa yemək olmaz. Lakin elələri də var ki, onu soymağa ehtiyac yoxdur.AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Meyvə və tərəvəzin qabıqlı şəkildə yeyilməsi çox faydalıdır. Gündəlik istifadə edilən meyvə-tərəvəzlər tam orqanik şəkildə yetişibsə, onların qabıqlı halda yeyilməsi məsləhətdir, çünki orqanizm üçün faydalı sayılan lif qatı qabığın üzərində daha çox olur”.Meyvə-tərəvəzlərin qabığında müxtəlif vitaminlər olur. Məsələn, kartof qabığı S və B6 vitaminləri, fosfor və maqneziumla zəngindir, limon qabığı ürəyə faydalıdır, eyni zamanda sinir sistemini sakitləşdirir.Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Tərəvəzləri istənilən vaxtda, meyvələri isə günün birinci yarısında yeməyi məsləhət görən həkim-diyetoloq deyib: “Meyvə-tərəvəzlər artıq çəkiyə səbəb olmamaq baxımından ən alternativ qida məhsulu sayılır. Hər yeyilən yeməyin yanında tərəvəz porsiyası olmalıdır. Daha yaxşı olar ki, onun miqdarı yeməkdən az olmasın”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/18/422511859_46:0:2777:2048_1920x0_80_0_0_f43f8d80f2a8520a88133c36416a17be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meyvə, alma, armud
Meyvələrin qabıqlı yeyilməsi daha faydalıdır
Meyvə-tərəvəzlərin qabığında müxtəlif vitaminlər olur.
BAKI, 22 aprel - Sputnik. Meyvə-tərəvəzlərin qabıqlarının faydalı olması hər kəsə məlum olsa da, əksər hallarda onun qabığını soyandan sonra istehlak edirlər. Doğrudur, elə meyvələr var ki, onun qabığını birbaşa yemək olmaz. Lakin elələri də var ki, onu soymağa ehtiyac yoxdur.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Meyvə və tərəvəzin qabıqlı şəkildə yeyilməsi çox faydalıdır. Gündəlik istifadə edilən meyvə-tərəvəzlər tam orqanik şəkildə yetişibsə, onların qabıqlı halda yeyilməsi məsləhətdir, çünki orqanizm üçün faydalı sayılan lif qatı qabığın üzərində daha çox olur”.
Meyvə-tərəvəzlərin qabığında müxtəlif vitaminlər olur. Məsələn, kartof qabığı S və B6 vitaminləri, fosfor və maqneziumla zəngindir, limon qabığı ürəyə faydalıdır, eyni zamanda sinir sistemini sakitləşdirir.
Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Tərəvəzləri istənilən vaxtda, meyvələri isə günün birinci yarısında yeməyi məsləhət görən həkim-diyetoloq deyib: “Meyvə-tərəvəzlər artıq çəkiyə səbəb olmamaq baxımından ən alternativ qida məhsulu sayılır. Hər yeyilən yeməyin yanında tərəvəz porsiyası olmalıdır. Daha yaxşı olar ki, onun miqdarı yeməkdən az olmasın”.