https://sputnik.az/20230422/goyertesinde-1060-neferin-oldugu-geminin-qaliqlari-tapilib-454047767.html
Göyərtəsində 1060 nəfərin olduğu gəminin qalıqları tapılıb
Göyərtəsində 1060 nəfərin olduğu gəminin qalıqları tapılıb
Sputnik Azərbaycan
Avstraliyanın Baş naziri Entoni Albanese II Dünya Müharibəsi zamanı Filippin sahillərində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın... 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T17:03+0400
2023-04-22T17:03+0400
2023-04-22T17:03+0400
dünya xəbərləri
abş
yaponiya
gəmi
ii dünya müharibəsi
ii dünya müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427104814_0:320:3072:2048_1920x0_80_0_0_34bd093e21889343d70baa219f2391fc.jpg
BAKI, 22 aprel - Sputnik. İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın "Montevideo Maru" gəmisi tapılıb.Bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese "Twitter"də bildirib.Baş nazirinin sözlərinə görə, gəminin göyərtəsində mindən çox əsirin qalıqları da aşkar edilib: "Nəhayət, Montevideo Marudan olan itirilmiş ruhların dəfn olunduğu yer tapıldı. Təyyarədəki 1060 məhbus arasında 850 avstraliyalı əsgər də var idi - onların həyatı yarımçıq qaldı. Ümid edirik ki, bugünkü xəbərlər uzun müddət gözləyən yaxınlarımıza bir qədər rahatlıq gətirəcək". Qeyd edək ki, Yaponiyanın "SS Montevideo Maru" nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində təxminən 979 avstraliyalı əsgər və mülki şəxslə birlikdə batıb. Gəmi Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıdığını bilməyən Amerika sualtı qayığı tərəfindən torpedalanıb.Nəticədə ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb.Qəzanın yeri indiyədək sirr olaraq qalırdı. Gəmi Cənubi Çin dənizində qeyri-kommersiya fondu "Silentworld"un dərin dəniz tədqiqatı mütəxəssisləri və Müdafiə Nazirliyinin dəstəyi ilə 12 günlük axtarışdan sonra tapılıb.Bildirilib ki, heç bir insan qalıqları və ya artefakt çıxarılmayacaq. “Titanik”in batdığı yerdən daha dərində yerləşən yer tədqiqat məqsədi ilə qeydə alınacaq (APA).
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427104814_341:0:3072:2048_1920x0_80_0_0_22e9921ab434d2f0ba11a216e2f55585.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, yaponiya, gəmi, ii dünya müharibəsi, ii dünya müharibəsi
abş, yaponiya, gəmi, ii dünya müharibəsi, ii dünya müharibəsi
Göyərtəsində 1060 nəfərin olduğu gəminin qalıqları tapılıb
Avstraliyanın Baş naziri Entoni Albanese II Dünya Müharibəsi zamanı Filippin sahillərində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın "Montevideo Maru" gəmisinin tapıldığını açıqlayıb.
BAKI, 22 aprel - Sputnik. İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın "Montevideo Maru" gəmisi tapılıb.
Bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese "
Twitter"də bildirib.
Baş nazirinin sözlərinə görə, gəminin göyərtəsində mindən çox əsirin qalıqları da aşkar edilib:
"Nəhayət, Montevideo Marudan olan itirilmiş ruhların dəfn olunduğu yer tapıldı. Təyyarədəki 1060 məhbus arasında 850 avstraliyalı əsgər də var idi - onların həyatı yarımçıq qaldı. Ümid edirik ki, bugünkü xəbərlər uzun müddət gözləyən yaxınlarımıza bir qədər rahatlıq gətirəcək".
Qeyd edək ki, Yaponiyanın "SS Montevideo Maru" nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində təxminən 979 avstraliyalı əsgər və mülki şəxslə birlikdə batıb. Gəmi Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıdığını bilməyən Amerika sualtı qayığı tərəfindən torpedalanıb.
Nəticədə ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb.
Qəzanın yeri indiyədək sirr olaraq qalırdı. Gəmi Cənubi Çin dənizində qeyri-kommersiya fondu "Silentworld"un dərin dəniz tədqiqatı mütəxəssisləri və Müdafiə Nazirliyinin dəstəyi ilə 12 günlük axtarışdan sonra tapılıb.
Bildirilib ki, heç bir insan qalıqları və ya artefakt çıxarılmayacaq. “Titanik”in batdığı yerdən daha dərində yerləşən yer tədqiqat məqsədi ilə qeydə alınacaq (APA).