https://sputnik.az/20230422/beynimiz-mutalieye-nece-reaksiya-verir-texasli-alimlerden-ilginc-arasdirma-453966862.html
Beynimiz mütaliəyə necə reaksiya verir? Texaslı alimlərdən ilginc araşdırma
Beynimiz mütaliəyə necə reaksiya verir? Texaslı alimlərdən ilginc araşdırma
Sputnik Azərbaycan
Tədqiqat zamanı mütəxəssislər epilepsiyanı lokallaşdırmaq üçün cərrahi yolla quraşdırılan elektrodlarla xəstələrin beyinlərində baş verən prosesləri qeydə... 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T22:03+0400
2023-04-22T22:03+0400
2023-04-22T22:03+0400
beyin
elm
https://cdnn1.img.sputnik.az/img/42178/51/421785192_0:160:3073:1888_1920x0_80_0_0_3fd4b0dba3e464ae6abacdbc6fa0f6d2.jpg
BAKI, 22 aprel — Sputnik. Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin alimləri beynin mütaliəyə reaksiyasını öyrəniblər. Məlum olub ki, diqqət tam şəkildə kitabda cəmləşdiyi zaman ayrı-ayrı sözlərin mənalarını daha mürəkkəb semantik strukturlara inteqrasiya etmək üçün birlikdə işləyən iki müxtəlif şəbəkə eyni anda aktivləşir. İşin nəticələri "PNAS" jurnalında dərc olunub. Tədqiqat zamanı mütəxəssislər epilepsiyanı lokallaşdırmaq üçün cərrahi yolla quraşdırılan elektrodlarla xəstələrin beyinlərində baş verən prosesləri qeydə alıblar. Bu xəstələrin neyron fəaliyyəti üç cümlə formasını oxuyarkən ölçüldü: adi cümlələr; Lyuis Kerrollun "Barmaqlot" poemasının düzgün qrammatika və sintaksisə malik, lakin mənasız sözlər ehtiva edən cümlələri; və tək mənasız sözlərin siyahıları. Bu qeydlərdən onlar oxu prosesində əsas rol oynayan iki beyin şəbəkəsini müəyyən ediblər. Şəbəkələrdən biri beynin frontal hissəsində bir sahəni əhatə edir ki, bu da temporal hissəyə siqnallar göndərir. Nəticədə insan cümlə boyu mürəkkəb məna yaradaraq tədricən aktivləşir. İkinci şəbəkə beynin temporal hissəsinin frontal hissəyə siqnallar göndərən başqa bir bölgəsini əhatə edir və oxunan hər bir yeni sözün işlənməsini asanlaşdırmaq üçün ona cümlənin kontekstini anlamağa imkan verir. Müəlliflər hesab edirlər ki, onların kəşfi tədqiqatçılara disleksiyada beynin necə işlədiyini daha yaxşı anlamağa kömək edir. Nəticədə, bu, oxu pozğunluğu üçün yeni müalicələrin əsasını təşkil edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42178/51/421785192_170:0:2901:2048_1920x0_80_0_0_c9f5cf03129dbb05aac7460aebbb5cf8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
beyin
Beynimiz mütaliəyə necə reaksiya verir? Texaslı alimlərdən ilginc araşdırma
Tədqiqat zamanı mütəxəssislər epilepsiyanı lokallaşdırmaq üçün cərrahi yolla quraşdırılan elektrodlarla xəstələrin beyinlərində baş verən prosesləri qeydə alıblar.
BAKI, 22 aprel — Sputnik. Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin alimləri beynin mütaliəyə reaksiyasını öyrəniblər. Məlum olub ki, diqqət tam şəkildə kitabda cəmləşdiyi zaman ayrı-ayrı sözlərin mənalarını daha mürəkkəb semantik strukturlara inteqrasiya etmək üçün birlikdə işləyən iki müxtəlif şəbəkə eyni anda aktivləşir.
İşin nəticələri "PNAS" jurnalında dərc olunub.
Tədqiqat zamanı mütəxəssislər epilepsiyanı lokallaşdırmaq üçün cərrahi yolla quraşdırılan elektrodlarla xəstələrin beyinlərində baş verən prosesləri qeydə alıblar. Bu xəstələrin neyron fəaliyyəti üç cümlə formasını oxuyarkən ölçüldü: adi cümlələr; Lyuis Kerrollun "Barmaqlot" poemasının düzgün qrammatika və sintaksisə malik, lakin mənasız sözlər ehtiva edən cümlələri; və tək mənasız sözlərin siyahıları.
Bu qeydlərdən onlar oxu prosesində əsas rol oynayan iki beyin şəbəkəsini müəyyən ediblər. Şəbəkələrdən biri beynin frontal hissəsində bir sahəni əhatə edir ki, bu da temporal hissəyə siqnallar göndərir. Nəticədə insan cümlə boyu mürəkkəb məna yaradaraq tədricən aktivləşir. İkinci şəbəkə beynin temporal hissəsinin frontal hissəyə siqnallar göndərən başqa bir bölgəsini əhatə edir və oxunan hər bir yeni sözün işlənməsini asanlaşdırmaq üçün ona cümlənin kontekstini anlamağa imkan verir.
Müəlliflər hesab edirlər ki, onların kəşfi tədqiqatçılara disleksiyada beynin necə işlədiyini daha yaxşı anlamağa kömək edir. Nəticədə, bu, oxu pozğunluğu üçün yeni müalicələrin əsasını təşkil edə bilər.