https://sputnik.az/20230422/aprelin-22-si-beynelxalq-yer-gunudur-454049992.html
Aprelin 22-si Beynəlxalq Yer Günüdür
Aprelin 22-si Beynəlxalq Yer Günüdür
Sputnik Azərbaycan
Yer Günü “Planetimizə sərmayə qoyun” devizi altında qeyd olunur. 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T23:55+0400
2023-04-22T23:55+0400
2023-04-23T00:53+0400
dünya xəbərləri
tarixdə bu gün
yer
yer planeti
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221064_0:0:3641:2048_1920x0_80_0_0_9de183275895a5c7301db6ce75808495.jpg
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-si Beynəlxalq Yer Günüdür."Report" xəbər verir ki, bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.Beynəlxalq Yer Günü BMT Baş Assambleyasının 2009-cu ildə keçirilmiş 63-cü sessiyasında təşkilatın 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə təsis edilib.Şimal yarımkürəsində yazda, cənub yarımkürəsində isə payızda qeyd olunan həmin qlobal aksiyanın əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin, ətraf mühitin problemlərinə cəlb etmək və planeti xilas etmək üçün bəşəriyyətin qarşısında duran çətin vəzifələr haqqında məlumat əldə etmək imkanı yaratmaqdır.Yer Günü “Planetimizə sərmayə qoyun” devizi altında qeyd olunur.Hazırda planetdə plastik çirklənmə nəticəsində okeanların turşulaşması baş verir. İqlim dəyişikliyi, təbiətə antropogen təsirlər, meşələrin qırılması, torpaqdan istifadənin dəyişməsi, intensiv əkinçilik, heyvandarlıq təcrübələri və brakonyerlik kimi qəbuledilməz təcrübələr biomüxtəlifliyi məhv edir və bütün bunlar planetimizi məhv olmağa doğru aparır.Yerdəki bütün canlıları dəstəkləyən ekosistemlər nə qədər sağlam olarsa, planet və onun sakinləri bir o qədər sağlam olar. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğa son qoymağa, iqlim dəyişikliyi ilə mübarizə aparmağa və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer Günü də hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırlatmaq məqsədi daşıyır.İldə iki dəfə - aprelin 22-də və martın 20-21-də keçirilən Yer Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə böyük ümumi evimizə minnətdarlıq bildirmək imkanı verir.Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masaya toplaşırlar. Dünyanın 193-dən çox ölkəsində qeyd olunan Yer Günü münasibətilə müəyyən mövzuya həsr olunmuş müxtəlif tədbirlər və aksiyalar təşkil olunur. Bir milyarddan çox insanın iştirakı ilə Yer Günündə konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın bağlanması, ərazinin təmizlənməsi və kütləvi ağacəkmə kampaniyaları keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221064_454:0:3185:2048_1920x0_80_0_0_5d9546da2614eebcb480bd7d4ba583c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarixdə bu gün , yer, yer planeti
tarixdə bu gün , yer, yer planeti
Aprelin 22-si Beynəlxalq Yer Günüdür
23:55 22.04.2023 (Yenilənib: 00:53 23.04.2023) Yer Günü “Planetimizə sərmayə qoyun” devizi altında qeyd olunur.
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-si Beynəlxalq Yer Günüdür.
"Report" xəbər verir ki, bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.
Beynəlxalq Yer Günü BMT Baş Assambleyasının 2009-cu ildə keçirilmiş 63-cü sessiyasında təşkilatın 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə təsis edilib.
Şimal yarımkürəsində yazda, cənub yarımkürəsində isə payızda qeyd olunan həmin qlobal aksiyanın əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin, ətraf mühitin problemlərinə cəlb etmək və planeti xilas etmək üçün bəşəriyyətin qarşısında duran çətin vəzifələr haqqında məlumat əldə etmək imkanı yaratmaqdır.
Yer Günü “Planetimizə sərmayə qoyun” devizi altında qeyd olunur.
Hazırda planetdə plastik çirklənmə nəticəsində okeanların turşulaşması baş verir. İqlim dəyişikliyi, təbiətə antropogen təsirlər, meşələrin qırılması, torpaqdan istifadənin dəyişməsi, intensiv əkinçilik, heyvandarlıq təcrübələri və brakonyerlik kimi qəbuledilməz təcrübələr biomüxtəlifliyi məhv edir və bütün bunlar planetimizi məhv olmağa doğru aparır.
Yerdəki bütün canlıları dəstəkləyən ekosistemlər nə qədər sağlam olarsa, planet və onun sakinləri bir o qədər sağlam olar. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğa son qoymağa, iqlim dəyişikliyi ilə mübarizə aparmağa və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer Günü də hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırlatmaq məqsədi daşıyır.
İldə iki dəfə - aprelin 22-də və martın 20-21-də keçirilən Yer Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə böyük ümumi evimizə minnətdarlıq bildirmək imkanı verir.
Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masaya toplaşırlar. Dünyanın 193-dən çox ölkəsində qeyd olunan Yer Günü münasibətilə müəyyən mövzuya həsr olunmuş müxtəlif tədbirlər və aksiyalar təşkil olunur. Bir milyarddan çox insanın iştirakı ilə Yer Günündə konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın bağlanması, ərazinin təmizlənməsi və kütləvi ağacəkmə kampaniyaları keçirilir.