https://sputnik.az/20230422/amputasiya-ile-neticelenecek-sehv-lan-sancdiqda-neyi-etmek-qeti-qadagandir-453947511.html
Amputasiya ilə nəticələnəcək səhv: İlan sancdıqda nəyi etmək qəti qadağandır?
Amputasiya ilə nəticələnəcək səhv: İlan sancdıqda nəyi etmək qəti qadağandır?
Sputnik Azərbaycan
Metodist bildirib ki, əgər ilan əli sancıbsa, ondan bütün zinət əşyalarını çıxarmaq lazımdır. Çunki zədələnmiş əl çox şişməyə başlayır. 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T18:00+0400
2023-04-22T18:00+0400
2023-04-22T18:00+0400
ilan
cəmiyyət
ilan sancması
ilan sancması zamanı
https://cdnn1.img.sputnik.az/img/42066/23/420662330_0:2:1920:1082_1920x0_80_0_0_43753f1f8150c29f83d3680209b42b3f.jpg
BAKI, 22 aprel — Sputnik. Rusiyada hansı zəhərli canlılardan qorxmaq lazımdır? Gürzənin görünüşü necədir və sancması halında nə etmək lazımdır? Bu barədə Tula vilayətinin dövlət mədəniyyət müəssisəsinin metodisti Aleksey Yevsünin "İndi isə diqqət!" portalına izah edərkən bildirib. Gürzələr adətən 60-65 santimetrdən çox böyümürlər, dərisi dama taxtasına bənzər boz və ya qara ziqzaq naxışları ilə örtülü ola bilər. Onların hamısı şaquli göz bəbəklərinə malikdirlər. Bu ilanların zəhərinin tərkibinə qan damarlarının keçiriciliyinə, qanın laxtalanmasına təsir edən, dəri toxumaların şişməsinə və ölməsinə səbəb olan komponentlər daxildir. Gürzələr aqressiv olmurlar və yalnız zəruri hallarda sancırlar. Məsələn, onları tapdalayanda sancma ehtimalı olur. Bu növ ilanların sacması təhlükəli hesab olunur, lakin çox nadir hallarda ölümlə nəticələnir. İlan sancması halında, zədələnmiş əl-ayaqların minimal hərəkətliliyi, daha yaxşısı tam hərəkətsizliyi təmin edilməlidir. Əgər ilan əli sancıbsa, ondan bütün zinət əşyalarını (üzüklər, saatlar, bilərziklər və s.) çıxarmaq lazımdır. Çünki zədələnmiş əl çox şişməyə başlayır. Həmçinin, mümkün allergik reaksiyaları aradan qaldırmaq üçün antihistamin preparatları qəbul etmək və bol su içmək lazımdır. Burada tünd çay da yaxşı kömək edir. Bu vəziyyətdə jqut tətbiq etmək qəti qadağandır. Bu, amputasiyaya qədər çox ciddi nəticələrə səbəb ola bilər. Sancılmış yeri yandırmayın. Zəhəri məhv edə bilməyəcəksiniz, ancaq ikinci və ya üçüncü dərəcəli yanığın olmasına gətirib çıxara biləcəksiniz. Spirtli içkilər və aspirin tərkibli dərmanlar qəbul etmək də qadağandır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42066/23/420662330_139:0:1840:1276_1920x0_80_0_0_69cd1a8ba3b914e8b225ece96fe8fd29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilan, ilan sancması, ilan sancması zamanı
ilan, ilan sancması, ilan sancması zamanı
Amputasiya ilə nəticələnəcək səhv: İlan sancdıqda nəyi etmək qəti qadağandır?
Metodist bildirib ki, əgər ilan əli sancıbsa, ondan bütün zinət əşyalarını çıxarmaq lazımdır. Çunki zədələnmiş əl çox şişməyə başlayır.
BAKI, 22 aprel — Sputnik. Rusiyada hansı zəhərli canlılardan qorxmaq lazımdır? Gürzənin görünüşü necədir və sancması halında nə etmək lazımdır?
Bu barədə Tula vilayətinin dövlət mədəniyyət müəssisəsinin metodisti Aleksey Yevsünin "İndi isə diqqət!" portalına izah edərkən bildirib.
Gürzələr adətən 60-65 santimetrdən çox böyümürlər, dərisi dama taxtasına bənzər boz və ya qara ziqzaq naxışları ilə örtülü ola bilər. Onların hamısı şaquli göz bəbəklərinə malikdirlər.
Bu ilanların zəhərinin tərkibinə qan damarlarının keçiriciliyinə, qanın laxtalanmasına təsir edən, dəri toxumaların şişməsinə və ölməsinə səbəb olan komponentlər daxildir.
Gürzələr aqressiv olmurlar və yalnız zəruri hallarda sancırlar. Məsələn, onları tapdalayanda sancma ehtimalı olur. Bu növ ilanların sacması təhlükəli hesab olunur, lakin çox nadir hallarda ölümlə nəticələnir.
İlan sancması halında, zədələnmiş əl-ayaqların minimal hərəkətliliyi, daha yaxşısı tam hərəkətsizliyi təmin edilməlidir. Əgər ilan əli sancıbsa, ondan bütün zinət əşyalarını (üzüklər, saatlar, bilərziklər və s.) çıxarmaq lazımdır. Çünki zədələnmiş əl çox şişməyə başlayır.
Həmçinin, mümkün allergik reaksiyaları aradan qaldırmaq üçün antihistamin preparatları qəbul etmək və bol su içmək lazımdır. Burada tünd çay da yaxşı kömək edir.
Bu vəziyyətdə jqut tətbiq etmək qəti qadağandır. Bu, amputasiyaya qədər çox ciddi nəticələrə səbəb ola bilər.
Sancılmış yeri yandırmayın. Zəhəri məhv edə bilməyəcəksiniz, ancaq ikinci və ya üçüncü dərəcəli yanığın olmasına gətirib çıxara biləcəksiniz.
Spirtli içkilər və aspirin tərkibli dərmanlar qəbul etmək də qadağandır.