https://sputnik.az/20230422/agstafada-partlayis-olub-olenler-var--454057089.html
Ağstafada partlayış olub, ölənlər var
Ağstafada partlayış olub, ölənlər var
Sputnik Azərbaycan
Kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 44 və 50 yaşlı iki kişi həyatını itirib. 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T22:45+0400
2023-04-22T22:45+0400
2023-04-23T00:51+0400
hadisə
ağstafa
ağstafa rayonu
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e4/09/1e/425072098_0:144:3129:1904_1920x0_80_0_0_e140ce79d32425120f735fc517d75a8e.jpg
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.Ağstafa rayon prokurorluğunun yaydığı məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.İbtidai istintaq aparılır.***Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Agstafa rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/1e/425072098_200:0:2931:2048_1920x0_80_0_0_16ffad3f998a027c1cd50348b67abf75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağstafa, ağstafa rayonu, partlayış
ağstafa, ağstafa rayonu, partlayış
Ağstafada partlayış olub, ölənlər var
22:45 22.04.2023 (Yenilənib: 00:51 23.04.2023) Kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 44 və 50 yaşlı iki kişi həyatını itirib.
BAKI, 22 aprel - Sputnik. Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Ağstafa rayon prokurorluğunun yaydığı məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq aparılır.
Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Agstafa rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.