Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yerli qızıl və gümüşün ixracında artım qeydə alınıb

© AFP 2024 / FRANK RUMPENHORSTqızıl
qızıl  - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
Ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir.
BAKI, 21 aprel — Sputnik. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2023-cü ilin birinci rübü ərzində satış göstəriciləri artıb. Bu barədə QSC-dən məlumat verilib.
Sözügedən dövr ərzində beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl, 33.5 min unsiya gümüşün satışını həyata keçirən Səhmdar Cəmiyyət satış əməliyyatları nəticəsində, ümumilikdə 27.9 milyon manat vəsait əldə edib.
Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışı həcmində 14%, gümüş satışı həcmində 79%, satış gəlirlərində isə 13.9% artım deməkdir.
Qeyd edək ki, ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir.
Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15% və 7.6% artım qeydə alınıb. I rüb üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12.6% artım deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0