DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sakit Okeandakı böyük zibil ləkəsi ayrıca ekosistemə çevrilib

© AFP 2023 / NOEL CELISZibil, arxiv şəkli
Zibil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
Mütəxəssislər bildirirlər ki, Dünya okeanının qorunması üçün üçün ildə təxminən 175 milyard dollar vəsait lazımdır.
BAKI, 18 aprel — Sputnik. Hər il böyük miqdarda - 1,15-dən 2,41 milyon tona qədər plastik okeana daxil olur, bu isə dəqiqədə bir zibil maşınının sürətinə uyğundur. Sakit okeanın şimalında Kaliforniya və Havay adaları arasında dünyanın ən çirklənmiş dəniz ərazilərindən biri - Sakit Okean böyük zibil ləkəsi və ya Great Pacific Garbage Patch (GPGP) yerləşir.
Ən çox zibil mikroplastiklər - kiçik parçalardır. Onlar çox vaxt adi gözlə görünmür, lakin dəniz sakinləri tərəfindən asanlıqla udulur və qida zəncirinə daxil olur.
Bununla belə, "Nature Ecology & Evolution" jurnalında dərc edilən son araşdırma, plastik zibillərin yaratdığı bütün problemlərə baxmayaraq, onlarla kiçik sahil növünün "GPGP"də yaşayıb çoxaldığını aşkar edib. Onların arasında xərçənglər, dəniz anemonları və kiçik onurğasızlar var.
Tədqiqatçılar 2018-ci ilin noyabrı ilə 2019-cu ilin yanvar ayları arasında Sakit okeanın şərqindəki subtropik döngədən zibil ləkəsindən çıxarılan 100-dən çox zibil parçasını tədqiq edərək, plastik zibilləri təhlil ediblər. 46 müxtəlif növə aid, təxminən 484 dəniz onurğasızı aşkar edilib. Bu növlərdən 10-dan səkkizi adətən bu ərazidən minlərlə kilometr uzaqda yaşayır.
Smitsonovski Ətraf Mühit Tədqiqatları Mərkəzinin (SERC) keçmiş əməkdaşı, məqalənin aparıcı müəllifi Linsi Haram, "Plastikin problemləri sadə udma və dolaşıqlıqdan kənara çıxır", – deyə bildirib.
Tədqiqat xəbərdarlıq edir ki, okeandakı sahil növlərinin yeni plastik evləri "bu mühitdəki okean icmalarını və ekosistem proseslərini əsaslı şəkildə dəyişdirir və növlərin məskunlaşması və biocoğrafiyadakı dəyişikliklər üçün potensial nəticələr verir".
Tədqiqat, okeandakı sahil növlərinin yeni plastik evlərinin geniş miqyasda "növlərin paylanması və biocoğrafiyanın dəyişməsi üçün potensial təsirləri ilə bu mühitdə okean icmalarını və ekosistem proseslərini kökündən dəyişdirdiyini" xəbərdar edir.
Dünya İqtisadi Forumunun hesablamalarına görə, dünya okeanlarını qorumaq üçün ildə, təxminən 175 milyard dollar lazımdır. 2015-2019-cu illər arasında bu işə 10 milyard dollardan az sərmayə qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0