https://sputnik.az/20230421/ermenistanda-qadinlar-konullu-olaraq-herbi-xidmet-kececekler-454016076.html
Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmət keçəcəklər
Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmət keçəcəklər
Sputnik Azərbaycan
Ölkənin Müdafiə naziri bildirib ki, qadınlar üçün 6 aylıq məcburi hərbi xidmət müddəti müəyyən ediləcək. 21.04.2023, Sputnik Azərbaycan
2023-04-21T11:07+0400
2023-04-21T11:07+0400
2023-04-21T11:07+0400
dünya xəbərləri
ermənistan
qadın
hərbçi
https://cdnn1.img.sputnik.az/img/07e7/04/15/454015886_0:93:3146:1862_1920x0_80_0_0_e28aab979137df9107bd7c8257880695.jpg
BAKI, 21 aprel - Sputnik. Ermənistan Müdafiə Nazirliyi “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsini təklif edib. Bu barədə Sputnik Ermənistan yazır.Bildirilir ki, nəticədə Ermənistan vətəndaşları olan qadınlara könüllülük əsasında icbari hərbi xidmət hüququ veriləcək.Layihəni təqdim edən müdafiə naziri Suren Papikyan bildirib ki, qadınlar üçün 6 aylıq icbari hərbi xidmət müddəti müəyyən ediləcək.Bunun əvəzinə qadınların çağırış gününə qədər xidmətdən imtina etmək hüququ olacaq. Qadınların hərbi xidmət keçməsi püşkatma olmadan yalnız təlim hərbi hissələrində keçiriləcək.Altı aydan sonra tərxisetmə zamanı qadınlar 1 milyon dram fəxri ödəniş alacaqlar, səhhətinə görə xidmətdən vaxtından əvvəl azad olunduqda isə həmin məbləğ 6 aya bölünəcək və əmək stajı aylarının sayına uyğun olaraq fəxri ödəniş hesablanacaq.Altı aydan sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək istəyən qadınlar “Vətənin Müdafiəçisi” proqramı üzrə müraciət edərək 5 il müddətinə hərbi xidmətə keçə bilərlər.Baş nazir onu da qeyd edib ki, tərxis olunduqdan sonra qadın əsgərlər ordu ehtiyatını artıracaq və ya arzu olunarsa, səhrada xidmətini davam etdirəcəklər. Müzakirələrdən sonra hökumət layihəni təsdiqləyib.Yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim olunacaq. Müdafiə naziri bildirib ki, hakimiyyət qanunu təcili qəbul etməyə meylli deyil və yeni sərəncamın 2023-cü ilin qış çağırışında tətbiqinə başlanılması planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/15/454015886_0:0:2732:2048_1920x0_80_0_0_41ec21bd76247622eb23600d15bb2ed4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, qadın, hərbçi
ermənistan, qadın, hərbçi
Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmət keçəcəklər
Ölkənin Müdafiə naziri bildirib ki, qadınlar üçün 6 aylıq məcburi hərbi xidmət müddəti müəyyən ediləcək.
BAKI, 21 aprel - Sputnik. Ermənistan Müdafiə Nazirliyi “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsini təklif edib. Bu barədə Sputnik Ermənistan yazır.
Bildirilir ki, nəticədə Ermənistan vətəndaşları olan qadınlara könüllülük əsasında icbari hərbi xidmət hüququ veriləcək.
Layihəni təqdim edən müdafiə naziri Suren Papikyan bildirib ki, qadınlar üçün 6 aylıq icbari hərbi xidmət müddəti müəyyən ediləcək.
“İcburi hərbi xidmətə getmək üçün ərizə vermiş vətəndaşlara ailə vəziyyəti ilə bağlı görə müddətli hərbi xidmətdən möhlət və vaxtından əvvəl buraxılma tətbiq edilmir. Məntiqə görə, 6 aylıq xidmət müddətində vaxtından əvvəl işdən çıxarılmağın mənası yoxdur. Çünki hərbi xidmətə götürülməzdən əvvəl ailə şəraiti yoxlanılır”, - deyə Papikian bildirib.
Bunun əvəzinə qadınların çağırış gününə qədər xidmətdən imtina etmək hüququ olacaq. Qadınların hərbi xidmət keçməsi püşkatma olmadan yalnız təlim hərbi hissələrində keçiriləcək.
Altı aydan sonra tərxisetmə zamanı qadınlar 1 milyon dram fəxri ödəniş alacaqlar, səhhətinə görə xidmətdən vaxtından əvvəl azad olunduqda isə həmin məbləğ 6 aya bölünəcək və əmək stajı aylarının sayına uyğun olaraq fəxri ödəniş hesablanacaq.
Altı aydan sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək istəyən qadınlar “Vətənin Müdafiəçisi” proqramı üzrə müraciət edərək 5 il müddətinə hərbi xidmətə keçə bilərlər.
“İlk baxışda görünə bilər ki, bu, qeyri-peşəkar orduya yönəlmiş addımdır. Amma biz peşəkar ordudan danışırıq, çünki deyirik ki, qadınlar könüllü olaraq çağırıla bilər və 6 aylıq məcburi xidmət keçə bilər. Bu 6 aylıq xidmət hərbi hissədə gəzinti olmayacaq. Normal hərbi xidmət olacaq”, - deyə ölkənin baş naziri Nikol Paşinyan məsələ ilə bağlı bildirib.
Baş nazir onu da qeyd edib ki, tərxis olunduqdan sonra qadın əsgərlər ordu ehtiyatını artıracaq və ya arzu olunarsa, səhrada xidmətini davam etdirəcəklər. Müzakirələrdən sonra hökumət layihəni təsdiqləyib.
Yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim olunacaq. Müdafiə naziri bildirib ki, hakimiyyət qanunu təcili qəbul etməyə meylli deyil və yeni sərəncamın 2023-cü ilin qış çağırışında tətbiqinə başlanılması planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.