https://sputnik.az/20230421/azerbaycanda-ramazan-bayramidir-454013415.html
Azərbaycanda Ramazan bayramıdır
Azərbaycanda Ramazan bayramıdır
Sputnik Azərbaycan
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar... 21.04.2023, Sputnik Azərbaycan
2023-04-21T00:11+0400
2023-04-21T00:11+0400
2023-04-21T09:00+0400
cəmiyyət
ramazan bayramı
ramazan ayı
ramazan
azərbaycan
namaz
bayram namazı
bayram namazı
https://cdnn1.img.sputnik.az/img/42169/39/421693926_0:0:2001:1125_1920x0_80_0_0_d4e0a2331b6190e3da8995fd4b6de938.jpg
BAKI, 21 aprel - Sputnik. Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. İnanca görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.Bayram namazı Əjdərbəy məscidində aprelin 21-i saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42169/39/421693926_0:0:1773:1330_1920x0_80_0_0_2b51bec056d31aaa1c4a71ed545a26b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ramazan bayramı, ramazan ayı, ramazan, azərbaycan, namaz, bayram namazı, bayram namazı
ramazan bayramı, ramazan ayı, ramazan, azərbaycan, namaz, bayram namazı, bayram namazı
Azərbaycanda Ramazan bayramıdır
00:11 21.04.2023 (Yenilənib: 09:00 21.04.2023) Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
BAKI, 21 aprel - Sputnik. Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. İnanca görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Bayram namazı Əjdərbəy məscidində aprelin 21-i saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.