Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Azərbaycan Kinosu – 125: Reallıq, çağırışlar və hədəflər” - Kino Forumu başa çatıb

© Photo : Azərbaycan Dövlət Film Fondu"Fəryad" k/f
Fəryad k/f - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
Aparılan fikir mübadiləsi əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
BAKI, 21 aprel - Sputnik. Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumu aprelin 21-də başa çatıb.
Forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak ediblər.
İki gün davam edən Forum panel müzakirələrlə davam edib.
"İdeologiya. Milli Kino - dünən, bu gün və sabah" adlı ilk paneldə "Mədəniyyət siyasətində kinonun rolu", "Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi", "Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri" müzakirə olunub.
“Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı ikinci paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı az olan filmlər üçün dəstək sistemi” məsələlərinə toxunulub.
"Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" adlı üçüncü paneldə "Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?", "Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?", "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri" mövzuları müzakirə olunub.
"Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı sonuncu dördüncü paneldə isə "Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid", "Beynəlxalq kino kontekstinə inteqrasiyanın mexanizmləri", xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri" mövzularında müzakirələr aparılıb.
Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0