Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır - Allahşükür Paşazadə

© Sputnik / Murad OrujovAllahşükür Paşazadə
Allahşükür Paşazadə - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri erməni katolikosunun yeni müharibə çağırışları ilə bağlı açıqlama verib.
BAKI, 21 aprel - Sputnik. Bütün dünya müsəlmanlarının Ramazan bayramını təbrik edirəm.
Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Ramazan ayı mübarək ayıdır:
"Bu ayda bir-birinə kömək etmək, şəhidləri yad eləmək lazımdır. Allah onlara rəhmət eləsin.
Bu yaxınlarda şəhid verdik. Türkiyədə baş berən zəlzələdə 55 min adam öldü, bu, imtahandır. Türk birliyi rəhbərləri birlikdə çətinlikləri aradan götürəcək. Allah dövlətimizi, dövlətçiliyimizi, dövlət rəhbərimizi qorusun. Sərhəddə olan hərbiçilərə can sağlığı arzu edirəm. Allah bizi xoşbəxt eləsin".
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam yoxdur. O həmçinin qeyd edib ki, Azərbaycanda inancsız adam yoxdur:

"Ona görə hər gördüyü işin hesabatını verməlidir. Cəzası varsa, dövlət tərəfindən cəzası verilməlidir. Yoxdursa da, verilməyəcək. Dövlətin qanun-qaydası var. Azərbaycanda mən inanclı olaraq tutulan adam görməmişəm. Əgər insan səhv edirsə, o səhvinə görə tutulur".

Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib ki, “Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”.

“Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”, - deyə QMİ sədri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0