https://sputnik.az/20230420/xn-bascisi-ermenistan-azerbaycanin-sonuncu-tekliflerine-6-heftedir-cavab-vermir-454010982.html
XİN başçısı: "Ermənistan Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir"
XİN başçısı: "Ermənistan Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir"
Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşüb. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T23:10+0400
2023-04-20T23:10+0400
2023-04-21T08:58+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
azərbaycan
ermənistan
təklif
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_0:0:3071:1727_1920x0_80_0_0_0c027752e6668bd7d46f8cbf7712c731.jpg
BAKI, 20 aprel - Sputnik. Ermənistan sülh sazişinin mətni ilə bağlı Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir.Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşdə məlumat verib.Nazir postmünaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb.C.Bayramov bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğunu qeyd edib.Eyni zamanda bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230553_171:0:2900:2047_1920x0_80_0_0_4d12b9d8b9915b20b1df750de3663e03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, azərbaycan, ermənistan, təklif, sülh sazişi
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, azərbaycan, ermənistan, təklif, sülh sazişi
XİN başçısı: "Ermənistan Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir"
23:10 20.04.2023 (Yenilənib: 08:58 21.04.2023) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşüb.
BAKI, 20 aprel - Sputnik. Ermənistan sülh sazişinin mətni ilə bağlı Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşdə məlumat verib.
Nazir postmünaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb.
C.Bayramov bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğunu qeyd edib.
Eyni zamanda bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.