https://sputnik.az/20230420/turkiyede-tehsil-alan-telebelerin-azerbaycana-qayidisi-qaydasi-aciqlanib-453999804.html
Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydası açıqlanıb
Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydası açıqlanıb
Sputnik Azərbaycan
Nazirlikdən bildirilib ki, Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən... 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T20:38+0400
2023-04-20T20:38+0400
2023-04-20T20:38+0400
türkiyə
təhsil
tələbə
elm və təhsil nazirliyi
tələbələr
qayıdış
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690590_0:160:3072:1888_1920x0_80_0_0_a97598ef11c58d68def89ab4e158d74e.jpg
BAKI, 20 aprel — Sputnik. "Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır". Bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyindən Report-a bildirilib. Qeyd olunub ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqların ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir. "Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir. Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil", - qurumdan bildirilib. Nazirlikdən qeyd olunub ki, həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir. Xatırladaq ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilən qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədləri vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434690590_171:0:2902:2048_1920x0_80_0_0_503fcb9b9a430c1b04935e3a748eb09d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, tələbə, elm və təhsil nazirliyi, tələbələr, qayıdış
türkiyə, tələbə, elm və təhsil nazirliyi, tələbələr, qayıdış
Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydası açıqlanıb
Nazirlikdən bildirilib ki, Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir.
BAKI, 20 aprel — Sputnik. "Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır".
Bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyindən Report-a bildirilib.
Qeyd olunub ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqların ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir.
"Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir.
Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil", - qurumdan bildirilib.
Nazirlikdən qeyd olunub ki, həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir.
Xatırladaq ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilən qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədləri vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.