ELM

Tarix İnstitutunun çox zəif potensialı var, dünyaya çıxa bilmir - Direktor

© Sputnik / Murad Orujovkitab
kitab - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
Kərim Şükürov bildirib ki, hazırda Azərbaycan tarixi ilə bağlı 15 cilddən ibarət kitab dərc etməyi planlaşdırırlar.
BAKI, 20 aprel — Sputnik. "Biz nə ölkənin, nə də xalqın tarixini yazmışıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.
O bildirib ki, hazırda bunun üzərində işlər aparılır və Azərbaycan tarixi ilə bağlı 15 cilddən ibarət kitab dərc etməyi planlaşdırırlar:
"Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab yazmaq lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993-cü və 1995-ci ildə biri rus, digəri Azərbaycan dilində çap olunub. Təsəvvür edin rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəllinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil".
K.Şükürov qeyd edib ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir: "Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilməmişik ki, dünya səviyyəsinə də çıxaq. Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik.
Bizə mixi yazıları, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. Elm Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq".
Xəbər lenti
0