DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Kiyevin yeni silah növlərinə ehtiyacı olduğunu düşünmür

© AP Photo / Michael SohnOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
Almaniya kansleri Olaf Şolts eyni zamanda, Ukraynanın uzun müddət Qərbin hərbi yardımına ehtiyac duyacağını istisna etməyib.
BAKI, 20 aprel — Sputnik. Ukraynanın yeni silah növlərinə ehtiyacı yoxdur.
Bu fikirləri Almaniya kansleri Olaf Şolts deyib.
Almaniyanın "DPA" agentliyi xəbər verir ki, Almaniya kansleri eyni zamanda, Ukraynanın uzun müddət Qərbin hərbi yardımına ehtiyac duyacağını istisna etməyib.
Xatırladaq ki, bu günlərdə Almaniyanın Kiyevə əvvəllər vəd edilmiş dörd hava hücumundan müdafiə sistemi olan "IRIS-T"-nin ikincisinin təhvil verilməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, Ukrayna, hava hücumundan müdafiə sistemi ilə birlikdə 16 ədəd sursat alıb.
Xəbər lenti
0