https://sputnik.az/20230420/se-duzeltmek-adi-ile-6-neferin-pulunu-ele-keciren-sexs-tutulub-453994954.html
İşə düzəltmək adı ilə 6 nəfərin pulunu ələ keçirən şəxs tutulub
İşə düzəltmək adı ilə 6 nəfərin pulunu ələ keçirən şəxs tutulub
Sputnik Azərbaycan
Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T17:15+0400
2023-04-20T17:15+0400
2023-04-20T17:32+0400
qandal
cəmiyyət
iş
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198308_0:317:3079:2048_1920x0_80_0_0_7f9e05f7824c0c09bba46b77d02897c0.jpg
BAKI, 20 aprel — Sputnik. İnsanların hava limanında işə düzəltmək adı altında aldadaraq pullarını ələ keçirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb. Əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib. Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198308_0:0:2731:2048_1920x0_80_0_0_feccc4cf07656bb489ba72983bca8653.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qandal, iş
İşə düzəltmək adı ilə 6 nəfərin pulunu ələ keçirən şəxs tutulub
17:15 20.04.2023 (Yenilənib: 17:32 20.04.2023) Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
BAKI, 20 aprel — Sputnik. İnsanların hava limanında işə düzəltmək adı altında aldadaraq pullarını ələ keçirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb.
Əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib.
Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.