Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova: “Azərbaycan Qoşulmama Hərəkatının inkişafında mühüm addımlar atıb”

© Photo : Milli MajlisSahibə Qafarova
Sahibə Qafarova
 - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
Milli Məclisin sədri Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub.
BAKI, 20 aprel - Sputnik. "Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində hərəkatın institusional inkişafında mühüm addımlar atıb".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda çıxışı zamanı deyib.
O, xatırladıb ki, Azərbaycan parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətini dərk edərək, Hərəkatın parlament ölçülərinin inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və 2021-ci ilin noyabr ayında Madriddə təntənəli şəkildə açılışı olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilk Bakı konfransını 2022-ci ilin iyun ayında Azərbaycanda, ikinci Manama konfransını isə bu il Bəhreyndə keçirib. Digər mühüm təşəbbüs isə Daimi Katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması idi. Spiker deyib ki, bu təşəbbüslər dünyanın müxtəlif bölgələrini təmsil edən Qoşulmama Hərəkatının 120 üzvü arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin elementləri kimi qəbul edilir.
S.Qafarova qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasının ən ağır dövrünə təsadüf edib. Ölkəmiz bu sədrlikdən pandemiyaya qarşı mübarizədə beynəlxalq birliyin kollektiv səylərini və birgə fəaliyyətini gücləndirmək üçün bir vasitə kimi istifadə edib. Bu məqsədlə Azərbaycan bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. 2021-ci ilin mart və dekabr aylarında isə BMT İnsan Hüquqları Şurası və Baş Assambleyası "COVID-19 pandemiyasına cavab olaraq bütün ölkələrin peyvəndlərə ədalətli, əlçatan, vaxtında və universal çıxışının təmin edilməsi" adlı qətnamələr qəbul etdilər. Bundan başqa, Azərbaycan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar dəstək verib. Ölkə Prezidenti İlham Əliyev, həmçinin COVID-19-dan sonra qlobal bərpa üzrə BMT-nin yüksək səviyyəli qrupunun yaradılmasını təklif edib.
Milli Məclisin sədri bildirib ki, COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı Əlaqə Qrupunun cari ilin mart ayında Azərbaycanda ən yüksək səviyyədə keçirilən iclasında Prezident İlham Əliyev Afrika və inkişafda olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üçün iki qlobal çağırış etdi və Azərbaycanın hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları ayırdığını elan etdi. Bütün bu təşəbbüslər pandemiya ilə mübarizədə, eləcə də pandemiyadan sonrakı bərpa işlərində beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə yönəldilib.
Milli Məclisin sədri Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub. Varşava Universitetinin rektoru, professor Novak Alojzy Fəxri diplomu və medalı S.Qafarovaya təqdim edib.
Xəbər lenti
0