https://sputnik.az/20230420/ombudsman-beynelxalq-ictimaiyyetin-melumatlandirilmasi-cox-vacibdir-453990845.html
Ombudsman: "Beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir"
Ombudsman: "Beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir"
Sputnik Azərbaycan
Ombudsman bildirib ki, müstəqil monitorinqlər nəticəsində hazırlanan hesabatlar BMT-nin aidiyyəti insan hüquqları mexanizmlərinə, o cümlədən digər beynəlxalq... 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T14:30+0400
2023-04-20T14:30+0400
2023-04-20T14:31+0400
beynəlxalq
azərbaycan xəbərləri
ombudsman
ombudsman səbinə əliyeva
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232775_0:0:3080:1733_1920x0_80_0_0_5f37358dfce6ea5deca4a9143c060290.jpg
BAKI, 20 aprel — Sputnik. "İşğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın, bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir". Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Heydər Əliyev ili" çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda konfransda deyib. Onun sözlərinə görə, azərbaycanlı mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş Ermənistan tərəfindən ölkəmizə məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüquq normalarının, xüsusən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasının, ona əlavə olunan 1999-cu il tarixli protokolun, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının, YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il tarixli Konvensiyasının, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il Cenevrə Konvensiyalarının, onlara əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci il tarixli I Protokolun, "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il tarixli Konvensiyanın, Avropa Şurasının "Arxeoloji irsə dair Avropa Konvensiyası"nın müddəalarının kobud şəkildə pozulmasıdır: "Qeyd etmək istərdim ki, tərəfimizdən beynəlxalq təşkilatlar, o cümlədən xarici ölkələrin milli insan hüquqları institularının nümayəndə heyətləri yerində araşdırma həyata keçirmək məqsədilə ölkəmizə dəvət edilir. Bu çərçivədə bu günədək Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun - TİHEK sədrinin rəhbərliyi altında, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidentinin və Baş katibinin başçılığı ilə, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin başçılığı ilə, həmçinin Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədrinin rəhbərliyi altında nümayəndə heyətləri dəvətim əsasında ölkəmizdə səfərdə olmuşlar. Həmin nümayəndə heyətləri tərəfindən həyata keçirilən faktaraşdırıcı missiyalar zamanı Ermənistanın işğalı altında olmuş torpaqlarımızda insan hüquqlarının pozulması, eyni zamanda məscidlərin, məbədlərin, məzarlıqların, muzeylərin, mədəniyyət mərkəzlərinin, o cümlədən dövlət teatrlarının, musiqi məktəblərinin, rəsm qalereyalarının və digər təyinatlı obyektlərin tam və ya qismən dağıdılması, təhqir edilməsi, talana məruz qalması faktları aşkar edilib" -, o qeyd edib. Ombudsman bildirib ki, müstəqil monitorinqlər nəticəsində hazırlanan hesabatlar BMT-nin aidiyyəti insan hüquqları mexanizmlərinə, o cümlədən digər beynəlxalq alyanslara və təşkilatlara göndərilib: "Bununla yanaşı, tərəfimizdən müharibə və post-müharibə dövründə həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində toplanmış materiallar əsasında müvafiq hesabat, bəyanat və müraciətlər hazırlanaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, habelə milli insan hüquqları institutlarına təqdim olununb". İşğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan şəhər və rayonlarında tərəfimdən həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqların kütləvi şəkildə dağıdılaraq müxtəlif formada təhqir edilməsi, bu ərazilərdə yerləşən tarixi, mədəni, dini abidələrin məhv edilməsi, eləcə də mədəni irsin saxtalaşdırılması, talan edilməsi və oğurlanması ilə bağlı faktlar müəyyən edilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42323/27/423232775_345:0:3076:2048_1920x0_80_0_0_82607797f483c12a34a8c73789872276.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
beynəlxalq, ombudsman, ombudsman səbinə əliyeva
beynəlxalq, ombudsman, ombudsman səbinə əliyeva
Ombudsman: "Beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir"
14:30 20.04.2023 (Yenilənib: 14:31 20.04.2023) Ombudsman bildirib ki, müstəqil monitorinqlər nəticəsində hazırlanan hesabatlar BMT-nin aidiyyəti insan hüquqları mexanizmlərinə, o cümlədən digər beynəlxalq alyanslara və təşkilatlara göndərilib.
BAKI, 20 aprel — Sputnik. "İşğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın, bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir".
Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Heydər Əliyev ili" çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, azərbaycanlı mülki əhaliyə qarşı insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş Ermənistan tərəfindən ölkəmizə məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüquq normalarının, xüsusən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyasının, ona əlavə olunan 1999-cu il tarixli protokolun, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının, YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il tarixli Konvensiyasının, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il Cenevrə Konvensiyalarının, onlara əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci il tarixli I Protokolun, "Avropanın memarlıq irsinin qorunması haqqında" 1985-ci il tarixli Konvensiyanın, Avropa Şurasının "Arxeoloji irsə dair Avropa Konvensiyası"nın müddəalarının kobud şəkildə pozulmasıdır:
"Qeyd etmək istərdim ki, tərəfimizdən beynəlxalq təşkilatlar, o cümlədən xarici ölkələrin milli insan hüquqları institularının nümayəndə heyətləri yerində araşdırma həyata keçirmək məqsədilə ölkəmizə dəvət edilir. Bu çərçivədə bu günədək Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun - TİHEK sədrinin rəhbərliyi altında, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidentinin və Baş katibinin başçılığı ilə, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin başçılığı ilə, həmçinin Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədrinin rəhbərliyi altında nümayəndə heyətləri dəvətim əsasında ölkəmizdə səfərdə olmuşlar.
Həmin nümayəndə heyətləri tərəfindən həyata keçirilən faktaraşdırıcı missiyalar zamanı Ermənistanın işğalı altında olmuş torpaqlarımızda insan hüquqlarının pozulması, eyni zamanda məscidlərin, məbədlərin, məzarlıqların, muzeylərin, mədəniyyət mərkəzlərinin, o cümlədən dövlət teatrlarının, musiqi məktəblərinin, rəsm qalereyalarının və digər təyinatlı obyektlərin tam və ya qismən dağıdılması, təhqir edilməsi, talana məruz qalması faktları aşkar edilib" -, o qeyd edib.
Ombudsman bildirib ki, müstəqil monitorinqlər nəticəsində hazırlanan hesabatlar BMT-nin aidiyyəti insan hüquqları mexanizmlərinə, o cümlədən digər beynəlxalq alyanslara və təşkilatlara göndərilib:
"Bununla yanaşı, tərəfimizdən müharibə və post-müharibə dövründə həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində toplanmış materiallar əsasında müvafiq hesabat, bəyanat və müraciətlər hazırlanaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara, habelə milli insan hüquqları institutlarına təqdim olununb".
İşğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan şəhər və rayonlarında tərəfimdən həyata keçirilən faktaraşdırıcı missiyalar çərçivəsində soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqların kütləvi şəkildə dağıdılaraq müxtəlif formada təhqir edilməsi, bu ərazilərdə yerləşən tarixi, mədəni, dini abidələrin məhv edilməsi, eləcə də mədəni irsin saxtalaşdırılması, talan edilməsi və oğurlanması ilə bağlı faktlar müəyyən edilib".