https://sputnik.az/20230420/neftin-ucuzlasmasi-davam-edir---ne-bas-verir-453977884.html
Neftin ucuzlaşması davam edir - Nə baş verir?
Neftin ucuzlaşması davam edir - Nə baş verir?
Sputnik Azərbaycan
Neftin qiyməti son 4 gündə 3-cü dəfə ucuzlaşıb. ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına baxmayaraq, neft qiymətləri düşür. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T10:45+0400
2023-04-20T10:45+0400
2023-04-20T11:10+0400
neft-qaz
neft
neft qiymətləri
ucuzlaşma
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243350_0:256:2730:1792_1920x0_80_0_0_87d149699c0d1e874f324eaca2bae5c3.jpg
BAKI, 20 aprel — Sputnik. Dünyada neft qiymətləri ucuzlaşmaqda davam edir. ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına baxmayaraq, neft qiymətləri ABŞ iqtisadiyyatının yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən enişini davam etdirib. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 82,3 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar ucuzlaşaraq 78,21 dollar təşkil edib. Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 faiz azalaraq 87,42 ABŞ dolları təşkil edib. Neftin qiyməti son 4 gündə 3-cü dəfə ucuzlaşıb. ABŞ iqtisadiyyatında son həftələrdə durğunluq müşahidə olunduğu bildirilib. Bu, enerji tələbatının daha da pisləşməsinə səbəb olur. Digər tərəfdən, dolların son bahalaşması əmtəələrə də mənfi təsir göstərir. Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 4 milyon 581 min barel azalaraq 465 milyon 968 min barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 milyon 88 min barel azalacağını proqnozlaşdırırdı. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243350_0:0:2730:2048_1920x0_80_0_0_59a0061a11119e81645a3d07666159df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, neft qiymətləri, ucuzlaşma
neft, neft qiymətləri, ucuzlaşma
Neftin ucuzlaşması davam edir - Nə baş verir?
10:45 20.04.2023 (Yenilənib: 11:10 20.04.2023) Neftin qiyməti son 4 gündə 3-cü dəfə ucuzlaşıb. ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına baxmayaraq, neft qiymətləri düşür.
BAKI, 20 aprel — Sputnik. Dünyada neft qiymətləri ucuzlaşmaqda davam edir.
ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına baxmayaraq, neft qiymətləri ABŞ iqtisadiyyatının yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən enişini davam etdirib.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,82 dollar azalaraq 82,3 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar ucuzlaşaraq 78,21 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,33 faiz azalaraq 87,42 ABŞ dolları təşkil edib.
Neftin qiyməti son 4 gündə 3-cü dəfə ucuzlaşıb.
ABŞ iqtisadiyyatında son həftələrdə durğunluq müşahidə olunduğu bildirilib. Bu, enerji tələbatının daha da pisləşməsinə səbəb olur. Digər tərəfdən, dolların son bahalaşması əmtəələrə də mənfi təsir göstərir.
Ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları 4 milyon 581 min barel azalaraq 465 milyon 968 min barel təşkil edib.
Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 milyon 88 min barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.