Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

© Photo : Посольство Азербайджана в РоссииMoskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
 - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
BAKI, 20 aprel - Sputnik. Bu gün Azərbaycanla çoxillik dostluq əlaqələri ilə bağlı olan Moskvanın məşhur “Metrovaqonmaş” zavodunun meydançasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.
Sözügedən zavod vaxtilə Heydər Əliyevin Sərəncamı ilə xeyli genişləndirilmiş, açılışında şəxsən özünün iştirak etdiyi yeni istehsal sexləri tikilib. Bu əlamətdar gün ilə bağlı 2019-cu ilin oktyabr ayında burada xatirə lövhəsi quraşdırılmışdı. Bu gün adıçəkilən xatirə lövhəsinin qarşısında zavodun həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin olduğu kollektivi toplaşıb.
Müəssisənin kollektivi qarşısında çıxış edən Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri, ölkəsinin nümayəndəsi, Heydər Əliyevi yaxından tanıyan, 10 il onun komandasında Mədəniyyət naziri kimi çalışmış bir insan olaraq, Ulu Öndərin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etməyin xüsusilə sevindirici olduğunu qeyd edib. Səfir Heydər Əliyevlə işlədiyi illərin böyük məktəb olduğunu, bu illərin bir ömür boyu yaddaşda qaldığını vurğulayıb:
"Heydər Əliyevin Moskvada SSRİ-nin Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində çalışdığını, kurasiyasında 30-dan artıq nazirliyin olduğunu bildirmişdir. Burada həm BAM-ın tikintisini, kənd təsərrüfatının və sənayenin inkişafı üçün görülmüş tədbirləri qeyd edib. Heydər Əliyev ölkənin inkişafı və insanların rifahı üçün hər şey edən insanlardan idi".
© Photo : Посольство Азербайджана в РоссииMoskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
На московском заводе «Метровагонмаш» отметили 100-летие общенационального лидера Гейдара Алиева - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
Çıxışının davamında Polad Bülbüloğlu vurğulayıb ki, "Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən ağır vəziyyətdə olduğu bir vaxtda xalq Heydər Əliyevin Bakıya qayıtmasını və Respublikaya başçılıq etməsini tələb edib, çünki, əks halda fəlakət baş verəcəkdi".
"Olduqca qısa zaman ərzində böyük nüfuzu, həyat təcrübəsi, insanları dinləmək, ortaq dil tapmaq, ən ciddi problemləri belə həll etmək bacarığı sayəsində ölkədəki vəziyyəti qaydasına salmışdır. Azərbaycan iqtisadi inkişaf və rifahının yaxşılaşdırılması yoluna qədəm qoymuşdur. Respublikaya maliyyə imkanlarının axınını təmin edən “Əsrin müqaviləsi” imzalanmışdır. Beləliklə də, quruculuq işləri, inkişaf başlamışdır. Bütün Azərbaycan xalqı bugünkü Azərbaycanın memarı olan bu görkəmli şəxsiyyətə, böyük insana, xalqın oğluna çox minnətdarıq", - Bülbüloğlu davam edib.
© Photo : Посольство Азербайджана в РоссииMoskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
На московском заводе «Метровагонмаш» отметили 100-летие общенационального лидера Гейдара Алиева - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Moskvanın “Metrovaqonmaş” zavodunda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
Çıxışının sonunda Azərbaycanın Səfiri təntənəli tədbirin təşkilinə görə holdinqin və zavodun rəhbərliyinə minnətdarlığını bildirərək, zavodun kollektivinə uğurlar və əmin-amanlıq arzulayıb.
Daha sonra tədbirdə “Metrovaqonmaş” SC-nin baş direktoru Andrey Stepnov çıxış edib.
O, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 2023-cü ilin dahi siyasətçi Heydər Əliyev ili elan edildiyini xatırladaraq, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən sənaye sahəsini kurasiya etdiyini və fəaliyyəti çərçivəsində sovet və indiki Rusiya sənayesi üçün çox böyük işlər gördüyünü bildirib.Heydər Əliyev özündən sonra çox əhəmiyyətli obyektlər və əməllər qoyub. Onların sırasında Azərbaycanla uzun tarixi olan əlaqələri, 1967-ci ildən bu günə kimi Bakıya metro vaqonlarının çatdırılması yer alıb. Bu dövr ərzində ölkəmizə 400-dən artıq vaqon çatdırılıb.
Daha sonra ümummilli liderin xatirə lövhəsinin önünə gül səbətləri qoyulub. Azərbaycanın nümayəndələrinin də olduğu zavodun kollektivi də gül dəstələri qoyaraq Azərbaycanın dahi oğlunun ünvanına xoş sözlər deyiblər.
Xəbər lenti
0