https://sputnik.az/20230420/kv-fransa-ve-braziliya-xarici-ticaretde-dollardan-imtina-edecek-453996127.html
KİV: Fransa və Braziliya xarici ticarətdə dollardan imtina edəcək
KİV: Fransa və Braziliya xarici ticarətdə dollardan imtina edəcək
Sputnik Azərbaycan
Türkiyə KİV-i qeyd edib ki, Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq niyyətindədirlər. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T19:28+0400
2023-04-20T19:28+0400
2023-04-20T19:28+0400
dollar
dünya xəbərləri
fransa
braziliya
ticarət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966985_0:99:3291:1950_1920x0_80_0_0_496f489f201e542696fdcd1a5523a390.jpg
BAKI, 20 aprel — Sputnik. Türkiyənin beynəlxalq bazarlarda ABŞ valyutasından uzaqlaşmasında uğur qazanmasından sonra Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq barədə düşünüblər. Bu baradə Turkiyənin "Haber7" qəzeti məlumat yayıb. Nəşr yazıb ki, Paris və Braziliya Ankaradan nümunə götürərək dollardan imtina etmək istəyindən danışmağa başlayıb. Qəzet xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan 6 il əvvəl xarici ticarət hesablaşmalarının milli valyutalara köçürülməsinə çağırıb. Xatırladaq ki, bu yaxınlarda Braziliya Prezidenti Lula da Silva BRİKS ölkələrinin ticarətdə dollara alternativ valyutalardan istifadə etməli olduğunu bildirib. Alternativ olaraq Braziliya lideri qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə etməyi təklif edib. "KP.RU" saytı yazıb ki, Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı ticarətdə milli valyutaların getdikcə daha çox istifadə olunduğunu qeyd edərək, dollardan imtina etməyə çağırıb. Dövlət başçısı Rusiya ilə Asiya, Afrika və Latın Amerikası ölkələri arasında hesablaşmalarda Çin yuanından istifadə olunmasının tərəfdarıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966985_280:0:3011:2048_1920x0_80_0_0_865432fe775225da8bf272fce4127f85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dollar, fransa, braziliya, ticarət
dollar, fransa, braziliya, ticarət
KİV: Fransa və Braziliya xarici ticarətdə dollardan imtina edəcək
Türkiyə KİV-i qeyd edib ki, Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq niyyətindədirlər.
BAKI, 20 aprel — Sputnik. Türkiyənin beynəlxalq bazarlarda ABŞ valyutasından uzaqlaşmasında uğur qazanmasından sonra Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq barədə düşünüblər.
Bu baradə Turkiyənin "Haber7" qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Paris və Braziliya Ankaradan nümunə götürərək dollardan imtina etmək istəyindən danışmağa başlayıb. Qəzet xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan 6 il əvvəl xarici ticarət hesablaşmalarının milli valyutalara köçürülməsinə çağırıb.
Xatırladaq ki, bu yaxınlarda Braziliya Prezidenti Lula da Silva BRİKS ölkələrinin ticarətdə dollara alternativ valyutalardan istifadə etməli olduğunu bildirib. Alternativ olaraq Braziliya lideri qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə etməyi təklif edib.
"KP.RU" saytı yazıb ki, Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı ticarətdə milli valyutaların getdikcə daha çox istifadə olunduğunu qeyd edərək, dollardan imtina etməyə çağırıb. Dövlət başçısı Rusiya ilə Asiya, Afrika və Latın Amerikası ölkələri arasında hesablaşmalarda Çin yuanından istifadə olunmasının tərəfdarıdır.