https://sputnik.az/20230420/gence-ve-baki-unesco-nun-dunya-kitab-paytaxti-elan-olunacaq-453996869.html
Gəncə və Bakı UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunacaq
Gəncə və Bakı UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunacaq
Sputnik Azərbaycan
Mədəniyyət nazirinin müavini bildirib ki, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq... 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T15:35+0400
2023-04-20T15:35+0400
2023-04-20T16:10+0400
unesco
mədəniyyət
bakı
gəncə
dünyanın kitab paytaxtı
paytaxt
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425755050_0:13:2577:1462_1920x0_80_0_0_8708dccf5bb4085c6f4ef5c90724c1cb.jpg
BAKI, 20 aprel — Sputnik. Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır. Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib. Qurum rəsmisinin sözlərinə görə, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur: “Nizami Gəncəvi kimi dühasını dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”. S.Yusifova bildirib ki, kitablar yarandığı gündən bilik daşıyıcı olub və bəşər tarixinin, mədəniyyətinin formalaşmasında müstəsna oynayıb: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərib. Azərbaycan xalqı qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir. Xalqımız Azərbaycan və dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, Xətai, Vaqif, Natəvan, Səməd Vurğun kimi şəxsiyyətlər bəxş edib”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425755050_67:0:2334:1700_1920x0_80_0_0_534633795ddea3b95470c566d40a76ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
unesco, bakı, gəncə, dünyanın kitab paytaxtı, paytaxt
unesco, bakı, gəncə, dünyanın kitab paytaxtı, paytaxt
Gəncə və Bakı UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunacaq
15:35 20.04.2023 (Yenilənib: 16:10 20.04.2023) Mədəniyyət nazirinin müavini bildirib ki, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur
BAKI, 20 aprel — Sputnik. Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır.
Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
Qurum rəsmisinin sözlərinə görə, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur: “Nizami Gəncəvi kimi dühasını dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.
S.Yusifova bildirib ki, kitablar yarandığı gündən bilik daşıyıcı olub və bəşər tarixinin, mədəniyyətinin formalaşmasında müstəsna oynayıb:
“Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərib. Azərbaycan xalqı qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir. Xalqımız Azərbaycan və dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, Xətai, Vaqif, Natəvan, Səməd Vurğun kimi şəxsiyyətlər bəxş edib”.