https://sputnik.az/20230420/fitre-zekatini-10-15-manatdan-asagi-vermek-olar-lahiyyatci-esas-sertleri-aciqladi-453967446.html
Fitrə zəkatını 10-15 manatdan aşağı vermək olar? İlahiyyatçı əsas şərtləri açıqladı
Fitrə zəkatını 10-15 manatdan aşağı vermək olar? İlahiyyatçı əsas şərtləri açıqladı
Sputnik Azərbaycan
Mübariz Camalov deyir ki, fitrə zəkatını ataya, anaya, bacıya, qardaşa, oğula, qıza, nəvəyə vermək düzgün deyil. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T09:27+0400
2023-04-20T09:27+0400
2023-04-20T09:27+0400
fitrə
cəmiyyət
zəkat
qmi
qafqaz müsəlmanları idarəsinin (qmi)
ramazan
ramazan bayramı
https://cdnn1.img.sputnik.az/img/40352/63/403526310_0:94:1800:1107_1920x0_80_0_0_f641a67b0c73c4db375a42d3ac1188ca.jpg
BAKI, 20 aprel — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramında fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur: "Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır". Fitrə zəkatının məbləğinin adambaşına 10-15 manatdan müəyyən olunması müəyyən suallara yol açıb. Fitrə zəkatını bu məbləğdə vermək hər kəsə şamil olunurmu? 10-15 manatdan aşağı fitrə zəkatı çıxmaq olarmı? QMİ indiki qiymətləri nəzərə alıbSputnik Azərbaycan sosial platformadan ən çox verilən bu suallara Azərbaycan İlahiyyat İnstitutunun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalovla aydınlıq gətirib. M.Camalov bildirib ki, fitrə zəkatının adambaşına 10-15 manat civarında müəyyən olunması səbəbsiz deyil: "QMİ bunu hazırki qiymətlərlə hesablayaraq müəyyən edib. Amma bu o demək deyil ki, bu məbləğdən aşağı, yaxud da yuxarı fitrə zəkatı çıxmaq olmaz. Fitrə zəkatının məbləği kasıbın doyurulması üçün yetəcək qədər olmalıdır. Bununla belə bu məbləğ adambaşına 10-15 manatdan daha aşağı və yuxarı da ola bilər. Hər kəsin büdcəsi eyni olmadığından, çıxacağı fitrə zəkatın məbləği də eyni olmaya bilər. Maddi durumu yaxşı olan şəxs daha çox fitrə zəkatı verə bilər. Büdcəsi az olan ailələr isə imkanı daxilində fitrə zəkatı verə bilər". Borcu olanlar da fitrə zəkatı verə bilərlər M.Camalov bildirib ki, dinimizdə fitrə zəkatı vermək üçün zəngin olmaq şərti yoxdur. "Bəzi insanlar fikirləşir ki, borcu varsa fitrə verməməlidir. Fitrənin borca aidiyyatı yoxdur. Xüms və zəkatdan fərqli olaraq fitrədə borcun olması nəzərə alınmır. Borcunun ödənilməsinə az müddət qalıbsa bunun üçün yığılan puldan fitrə vermək olmaz. Amma insan borcu ödəyəcək tarixə qədər o məbləği toplayacağına əmindirsə, borc üçün yığdığı məbləğdən fitə verə bilər"deyə M. Camalov bildirib. Həmsöhbətimiz deyir ki, fitrə zəkatı həm pul, həm də ərzaq şəklində verilə bilər: "Hansı onun üçün rahatdırsa fitrə zəkatını o formada da ayıra bilər. Əsas olan kasıb ailənin bir günlük qida ehtiyacını qarşılamaqdır". Fitrə zəkatının kimlərə verilməsi də müzakirələrə səbəb olur. Fitrə zəkatını ailədən birinə vermək doğru deyilM.Camalov deyir ki, fitrə zəkatını ataya, anaya, bacıya, qardaşa, oğula, qıza, nəvəyə vermək düzgün deyil: "Fitrə zəkatının verilməsində əməl edilməli əsas məqam həmin insanın ehtiyac içərisində olmasıdır. Bəzən deyirlər ki, fitrə zəkatı ancaq əlilliyi olan şəxslərə verilməlidir. Əgər şəxsin əlilliyi var, amma o zəngindirsə, belə insanlara fitrə zəkatı düşmür. Bəzən çox sağlam insanlar da maddi sıxıntı içərisində yaşayır. Burada diqqət yetirilməli əsas məqam, qeyd etdiyim kimi, ailənin maddi imkanının aşağı olmasıdır". Fitrə zəkatını bayrama qədər vermək lazımdırİlahiyyatçı onu da bildirdi ki, fitrə zəkatını bayrama qədər, hətta bir qədər erkən vermək lazımdır ki, həmin şəxs o pulla bayram süfrəsi aça bilsin. Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəriət baxımından fitrə zəkatının məbləği üç kiloqram buğda, bu qədər düyü, yaxud da xurmanın qiymətində olmalıdır. Onun sözlərinə görə, fitrə insanın canının salamat qalması üçün Allah yolunda ayırdığı bədəninin zəkatıdır. İ.Səlimov bildirib ki, ailəsini dolandıraraq arxada bir qədər də pulu olan insanlar üç kiloqram buğdanın pulu dəyərində fitrə çıxara bilərlər: "Bəzi insanlar da var ki, onun məvacibi, qazancı özlərinə çatmır. Həmin şəxslərə fitrə zəkatı vermək vacib deyil. Onlar bu barədə heç düşünməsin. Gözləsinlər ki, vacib buyrulanlar onlara gətirib fiktrə zəkatı versin. Fitrə əlsiz-ayaqsız, özünü idarə edə bilməyən insanlarla yanaşı kasıb, imkanı olmayan şəxslərə verilməlidir. Şərt deyil ki, həmin şəxs əlsiz-ayaqsız olsun. Pul imkansıza, dolana bilməyən adama da verilə bilər". Fitrə zəkatı üç kiloqram düyünün dəyəri qədər nəzərdə tutulurAxundun sözlərinə görə, Qazilər Şurası fitrə zəkatının məbləğini bazardakı qiymətlərə uyğun hesablayıb: "Qazilər Şurası hesablayıb ki, 10-15 manat hazırkı bazar qiymətləri ilə üç kiloqram düyünün dəyərindədir. Bu, orta hesablamadır". Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bayram namazı aprelin 21 və 22-dəTəzə Pir Məscidində qılınacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40352/63/403526310_100:0:1700:1200_1920x0_80_0_0_8c7c6dcf644451102f64f948370b95e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
fitrə, zəkat, qmi, qafqaz müsəlmanları idarəsinin (qmi), ramazan, ramazan bayramı
fitrə, zəkat, qmi, qafqaz müsəlmanları idarəsinin (qmi), ramazan, ramazan bayramı
Fitrə zəkatını 10-15 manatdan aşağı vermək olar? İlahiyyatçı əsas şərtləri açıqladı
Mübariz Camalov deyir ki, fitrə zəkatını ataya, anaya, bacıya, qardaşa, oğula, qıza, nəvəyə vermək düzgün deyil.
BAKI, 20 aprel — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramında fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur:
"Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır".
Fitrə zəkatının məbləğinin adambaşına 10-15 manatdan müəyyən olunması müəyyən suallara yol açıb. Fitrə zəkatını bu məbləğdə vermək hər kəsə şamil olunurmu? 10-15 manatdan aşağı fitrə zəkatı çıxmaq olarmı?
QMİ indiki qiymətləri nəzərə alıb
Sputnik Azərbaycan sosial platformadan ən çox verilən bu suallara Azərbaycan İlahiyyat İnstitutunun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalovla aydınlıq gətirib.
M.Camalov bildirib ki, fitrə zəkatının adambaşına 10-15 manat civarında müəyyən olunması səbəbsiz deyil:
"QMİ bunu hazırki qiymətlərlə hesablayaraq müəyyən edib. Amma bu o demək deyil ki, bu məbləğdən aşağı, yaxud da yuxarı fitrə zəkatı çıxmaq olmaz. Fitrə zəkatının məbləği kasıbın doyurulması üçün yetəcək qədər olmalıdır. Bununla belə bu məbləğ adambaşına 10-15 manatdan daha aşağı və yuxarı da ola bilər. Hər kəsin büdcəsi eyni olmadığından, çıxacağı fitrə zəkatın məbləği də eyni olmaya bilər. Maddi durumu yaxşı olan şəxs daha çox fitrə zəkatı verə bilər. Büdcəsi az olan ailələr isə imkanı daxilində fitrə zəkatı verə bilər".
Borcu olanlar da fitrə zəkatı verə bilərlər
M.Camalov bildirib ki, dinimizdə fitrə zəkatı vermək üçün zəngin olmaq şərti yoxdur.
"Bəzi insanlar fikirləşir ki, borcu varsa fitrə verməməlidir. Fitrənin borca aidiyyatı yoxdur. Xüms və zəkatdan fərqli olaraq fitrədə borcun olması nəzərə alınmır. Borcunun ödənilməsinə az müddət qalıbsa bunun üçün yığılan puldan fitrə vermək olmaz. Amma insan borcu ödəyəcək tarixə qədər o məbləği toplayacağına əmindirsə, borc üçün yığdığı məbləğdən fitə verə bilər"deyə M. Camalov bildirib.
Həmsöhbətimiz deyir ki, fitrə zəkatı həm pul, həm də ərzaq şəklində verilə bilər: "Hansı onun üçün rahatdırsa fitrə zəkatını o formada da ayıra bilər. Əsas olan kasıb ailənin bir günlük qida ehtiyacını qarşılamaqdır".
Fitrə zəkatının kimlərə verilməsi də müzakirələrə səbəb olur.
Fitrə zəkatını ailədən birinə vermək doğru deyil
M.Camalov deyir ki, fitrə zəkatını ataya, anaya, bacıya, qardaşa, oğula, qıza, nəvəyə vermək düzgün deyil:
"Fitrə zəkatının verilməsində əməl edilməli əsas məqam həmin insanın ehtiyac içərisində olmasıdır. Bəzən deyirlər ki, fitrə zəkatı ancaq əlilliyi olan şəxslərə verilməlidir. Əgər şəxsin əlilliyi var, amma o zəngindirsə, belə insanlara fitrə zəkatı düşmür. Bəzən çox sağlam insanlar da maddi sıxıntı içərisində yaşayır. Burada diqqət yetirilməli əsas məqam, qeyd etdiyim kimi, ailənin maddi imkanının aşağı olmasıdır".
Fitrə zəkatını bayrama qədər vermək lazımdır
İlahiyyatçı onu da bildirdi ki, fitrə zəkatını bayrama qədər, hətta bir qədər erkən vermək lazımdır ki, həmin şəxs o pulla bayram süfrəsi aça bilsin.
Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəriət baxımından fitrə zəkatının məbləği üç kiloqram buğda, bu qədər düyü, yaxud da xurmanın qiymətində olmalıdır. Onun sözlərinə görə, fitrə insanın canının salamat qalması üçün Allah yolunda ayırdığı bədəninin zəkatıdır.
İ.Səlimov bildirib ki, ailəsini dolandıraraq arxada bir qədər də pulu olan insanlar üç kiloqram buğdanın pulu dəyərində fitrə çıxara bilərlər:
"Bəzi insanlar da var ki, onun məvacibi, qazancı özlərinə çatmır. Həmin şəxslərə fitrə zəkatı vermək vacib deyil. Onlar bu barədə heç düşünməsin. Gözləsinlər ki, vacib buyrulanlar onlara gətirib fiktrə zəkatı versin. Fitrə əlsiz-ayaqsız, özünü idarə edə bilməyən insanlarla yanaşı kasıb, imkanı olmayan şəxslərə verilməlidir. Şərt deyil ki, həmin şəxs əlsiz-ayaqsız olsun. Pul imkansıza, dolana bilməyən adama da verilə bilər".
Fitrə zəkatı üç kiloqram düyünün dəyəri qədər nəzərdə tutulur
Axundun sözlərinə görə, Qazilər Şurası fitrə zəkatının məbləğini bazardakı qiymətlərə uyğun hesablayıb: "Qazilər Şurası hesablayıb ki, 10-15 manat hazırkı bazar qiymətləri ilə üç kiloqram düyünün dəyərindədir. Bu, orta hesablamadır".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bayram namazı aprelin 21 və 22-dəTəzə Pir Məscidində qılınacaq.