https://sputnik.az/20230420/britaniyanin-mudafie-naziri-ukraynada-herbi-emeliyyatlar-gelen-il-de-davam-edecek-453941297.html
Britaniyanın müdafiə naziri: Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək
Britaniyanın müdafiə naziri: Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək
Sputnik Azərbaycan
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə deyib ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T10:00+0400
2023-04-20T10:00+0400
2023-04-20T10:00+0400
ukrayna
dünya xəbərləri
mariya zaxarova
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214914_0:142:2714:1669_1920x0_80_0_0_629eb5b2e66f000a8302710ccd0534fe.jpg
BAKI, 20 aprel — Sputnik. "Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək". Bu fikirləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles səsləndirib. Bu barədə “The New York Times“ qəzeti yazıb və qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibə verib. Uollesin açıqlaması rəsmi Moskvada birmənalı qarşılanmayıb. "Bu, bir daha Qərbin Ukraynada müharibəni uzatmaqda maraqlı olduğunu göstərir", - Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214914_150:0:2565:1811_1920x0_80_0_0_279c67f1b9bbf8cde84a6663c7465594.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, mariya zaxarova, rusiya
ukrayna, mariya zaxarova, rusiya
Britaniyanın müdafiə naziri: Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə deyib ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək.
BAKI, 20 aprel — Sputnik. "Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək".
Bu fikirləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles səsləndirib.
Bu barədə “The New York Times“ qəzeti yazıb və qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibə verib.
Uollesin açıqlaması rəsmi Moskvada birmənalı qarşılanmayıb.
"Bu, bir daha Qərbin Ukraynada müharibəni uzatmaqda maraqlı olduğunu göstərir", - Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.