DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqı Ukrayna taxılının idxalına məhdudiyyət qoymağı planlaşdırır

© AP Photo / Matthias Schradertaxıl
taxıl - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
Polşa, Macarıstan və Slovakiya Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub, Rumıniyada isə bununla bağlı çağırışlar var.
BAKI, 20 aprel — Sputnik. Avropa İttifaqı Ukrayna ilə həmsərhəd ölkələrin fermerləri üçün 100 milyon avro kompensasiya ödəməyi və Ukrayna taxılının idxalına müəyyən məhdudiyyətlər qoymağı planlaşdırır.
Bu barədə Avropa Komissiyasının sözçüsü bildirib.
Polşa və Macarıstanın ötən həftədən etibarən Ukraynadan idxal olunan taxıl və digər ərzaq məhsullarına məhdudiyyət tətbiq etməsindən sonra Şərqi Avropanın digər ölkələri də oxşar addım atacaqlarını bəyan ediblər. Bütün bunlara görə Avropa İttifaqı miqyasında həll yolu tapmaq üçün Brüsselə təzyiqlər artıb.
Avropa Komissiyasının sözçüsü bildirib ki, Avropa İttifaqının 27 ölkəsində ticarət siyasətinə nəzarət edən Komissiya taxıl və yağlı toxumların müəyyən kateqoriyaları - xüsusilə buğda, qarğıdalı, günəbaxan üçün "profilaktik tədbirlər" kimi məhdudiyyət tədbirləri görəcək.
Qeyd edək ki, qaydalara əsasən, Avropa İttifaqı tranzitə icazə verərək məhsulların İttifaqın bütün və ya bir hissəsinə idxalını məhdudlaşdıra bilər.
Avropa ticarət komissarı Valdis Dombrovskis bu gün zərər çəkmiş ölkələrin - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyanın nazirləri, eləcə də ukraynalı həmkarları ilə bu məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Bolqarıstan tranzit istisna olmaqla, Ukraynadan ərzaq məhsullarının idxalına qadağa qoyur. Bunu Bolqarıstanın baş naziri vəzifəsini icra edən Qalab Donev deyib.
Ukraynadan ərzaq idxalına qoyulan müvəqqəti qadağanın nə qədər davam edəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, bundan əvvəl Polşa, Macarıstan və Slovakiya Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub, Rumıniyada isə bununla bağlı çağırışlar var.
Xəbər lenti
0