https://sputnik.az/20230420/asiyada-tarixin-en-guclu-istisi-qeyde-alinib-453966994.html
Asiyada tarixin ən güclü istisi qeydə alınıb
Asiyada tarixin ən güclü istisi qeydə alınıb
Sputnik Azərbaycan
“The Guardian” qəzeti bildirir ki, aprel ayında anomal istilər barədə Asiya ölkələrinə xəbərdarlıq edilib. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T08:00+0400
2023-04-20T08:00+0400
2023-04-20T08:00+0400
asiya
dünya xəbərləri
laos xalq demokratik respublikası
tailand
https://cdnn1.img.sputnik.az/img/42274/56/422745661_0:98:1920:1178_1920x0_80_0_0_96b7f27a4e4746e648dbb3ca2470d33b.jpg
BAKI, 20 aprel — Sputnik. Asiyanın əksər hissəsində rekord dərəcədə yüksək temperatur qeydə alınıb. Klimatoloq Maksimilian Errera baş verənləri region tarixində ən güclü aprel istiliyi adlandırıb. Bu barədə “The Guardian” qəzeti xəbər verib. Bu dövr üçün bir neçə ölkədə həddindən artıq isti temperatur qeydə alınıb. Belə ki, Laosda termometr sütunları 42,7 dərəcəyə, Tailand əyalətlərindən birində isə 44,6 dərəcəyə qədər yüksəlib. Banqladeşin paytaxtı Dəkkədə də havanın temperaturu 40 dərəcəni keçib. Bu oxşar qeydlər Hindistanın şimalında və şərqində yerləşən altı şəhərdə də qeydə alınıb. Hindistanın bəzi bölgələrində anomal hava şəraiti nəticəsində məktəblər bağlanıb, 13 nəfər həlak olub, 8 nəfər isə həkimə müraciət etmək məcburiyyətində qalıb. Tayiandda səhiyyə departamenti küçədə işləyənlərə bu barədə xəbərdarlıq edib. Bu yaxınlarda Hindistan Meteorologiya Departamenti (IMD) ölkə sakinlərinə anomal istilərlə bağlı xəbərdarlıq edib. Bazar günü, aprelin 16-da departament Qərbi Benqal, Bihar və Andhra Pradeş ştatlarında növbəti dörd-beş gün ərzində güclü istilərlə bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42274/56/422745661_110:0:1810:1275_1920x0_80_0_0_81dcf6ff84caad23f89e70d36b7f36c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
asiya, laos xalq demokratik respublikası, tailand
asiya, laos xalq demokratik respublikası, tailand
Asiyada tarixin ən güclü istisi qeydə alınıb
“The Guardian” qəzeti bildirir ki, aprel ayında anomal istilər barədə Asiya ölkələrinə xəbərdarlıq edilib.
BAKI, 20 aprel — Sputnik. Asiyanın əksər hissəsində rekord dərəcədə yüksək temperatur qeydə alınıb. Klimatoloq Maksimilian Errera baş verənləri region tarixində ən güclü aprel istiliyi adlandırıb.
Bu barədə “The Guardian” qəzeti xəbər verib.
Bu dövr üçün bir neçə ölkədə həddindən artıq isti temperatur qeydə alınıb. Belə ki, Laosda termometr sütunları 42,7 dərəcəyə, Tailand əyalətlərindən birində isə 44,6 dərəcəyə qədər yüksəlib. Banqladeşin paytaxtı Dəkkədə də havanın temperaturu 40 dərəcəni keçib. Bu oxşar qeydlər Hindistanın şimalında və şərqində yerləşən altı şəhərdə də qeydə alınıb.
Hindistanın bəzi bölgələrində anomal hava şəraiti nəticəsində məktəblər bağlanıb, 13 nəfər həlak olub, 8 nəfər isə həkimə müraciət etmək məcburiyyətində qalıb. Tayiandda səhiyyə departamenti küçədə işləyənlərə bu barədə xəbərdarlıq edib.
Bu yaxınlarda Hindistan Meteorologiya Departamenti (IMD) ölkə sakinlərinə anomal istilərlə bağlı xəbərdarlıq edib. Bazar günü, aprelin 16-da departament Qərbi Benqal, Bihar və Andhra Pradeş ştatlarında növbəti dörd-beş gün ərzində güclü istilərlə bağlı xəbərdarlıq edib.