DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ məxfi sənədlərin sızmasında şübhəli bilinənlərə yeni ittihamları istisna etmir

© AFP 2024 / NICHOLAS KAMMГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan, 1920, 20.04.2023
Abunə olmaq
ABŞ mediasının məlumatına görə, o, onlayn Discord platformasında Thug Shaker Central qrupuna rəhbərlik edir.
BAKI, 20 aprel — Sputnik. ABŞ rəsmiləri məxfi materialları dərc etməkdə şübhəli bilinən Cek Teyşeyranın xidmət etdiyi ABŞ Hərbi Hava Qüvvələri bölməsinin əməkdaşlarına qarşı Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı yeni ittihamların irəli sürülməsinin mümkünlüyünü istisna etmirlər. Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi sənədlərin sızmasında birbaşa və ya dolayısı ilə iştirakı ola biləcək şəxsləri məsuliyyətə cəlb etməyə çalışır. Qəzet qeyd edib ki, hərbi idarə bölmə əməkdaşlarının məlumatların mühafizəsi prosedurlarına əməl edib-etmədiklərini, xüsusən də məxfi sənədləri lazımi qaydada məhv edib-etmədiklərini müəyyən etmək istəyir. Qəzet yazır ki, araşdırmadan sonra yeni ittihamlar irəli sürülə bilər.
Teyşeyra məxfi sənədləri dərc etməkdə şübhəli bilinərək aprelin 13-də həbs edilib. ABŞ mediasının məlumatına görə, o, onlayn Discord platformasında Thug Shaker Central qrupuna rəhbərlik edir. Aprelin 14-də Teyşeyra iki maddə ilə ittiham olunub: məxfi sənədlərin və müdafiə materiallarının icazəsiz ələ keçirilməsi, milli müdafiə ilə bağlı məlumatların icazəsiz saxlanması və ötürülməsi.
Reuters-in məlumatına görə, bu, 2013-cü ildə "WikiLeaks" sənədlərinin dərcindən bəri ən böyük sızmalardan biri ola bilər. Eyni zamanda, agentlik qeyd edib ki, internetdə yayılan sənədlər saxta ola bilər.
Xəbər lenti
0