Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Uşaqların zəhərləndiyi məktəbdə yoxlamalara başlandı: "Alça yeyib, üstündən su içiblər"

© AP Photo / Damian DovarganesУченики средней школы в Калифорнии
Ученики средней школы в Калифорнии  - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Azər Maqsudov bildirib ki, şagirdlərdə səbəbi dəqiqləşdirilməmiş yüngül zəhərlənmə diaqnozu qoyulub.
BAKI, 19 aprel — Sputnik. Məktəblərdə ardı-ardına şagirdlərin zəhərlənməsi valideynlərdə ciddi narahatlığa səbəb olub. Dünən Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagirdin zəhərlənməsi xəbəri bu narahatlığı bir qədər də artırdı.
Sputnik Azərbaycan 149 saylı məktəbdə zəhərlənmə hadisəsinin səbəbini araşdırıb. 149 saylı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman Məmmədzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb məktəb bufetində satılan qidalar olmayıb:

"Şagirlərdə narahatlıq qəbul etdikləri qida ilə bağlı olmayıb. Sinifdə 15-ə yaxın şagirddə ürəkbulanma müşahidə olunmuşdu. Şagirdlər də bildirdilər ki, onlar alça yeyib üstündən su içiblər. Çox güman ki, mədələrində yaranmış narahatlıq da bununla bağlı olub. Hazırda şagirdlər dərsdədirlər, onların səhhətində heç bir problem yoxdur".

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərin qidadan zəhərləndiyi təsdiqlənməyib:
"Şagirdlər özlərini narahat hiss etsələr də, onların hər hansı qidadan zəhərləndiyi öz təsdiqini tapmayıb. Ümumiyyətlə, səhhətlərində yaranmış problem ciddi olmayıb. Özlərini narahat hiss etdiklərini dedikdən sonra Kliniki Tibbi Mərkəzin təcili yardım şöbəsinə gətiriliblər. Şagirdlərdə səbəbi dəqiqləşdirilməmiş yüngül zəhərlənmə diaqnozu qoyulub. Onlar bildiriblər ki, idman zalında məşq etdikdən sonra su içiblər. Ola bilər ki, bədənləri tərləyib soyuyub, ardınca su içdikləri üçün mədədə narahatlıq yaranıb, ürəkbulanma baş verib. Şagirdlərə ambulator şəkildə köməklik göstərildi, müayinədən sonra hamısı evə yazıldı".
AQTA məktəbdə yoxlamaya başlayıb
Məktəbdən və Klinikadan şagirdlərin qidadan zəhərlənmədiyini bildirsələr də, artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu gün məktəbdə yoxlamalara başlayıb. Agentlikdən bildirdilər ki, hazırda nümayəndələr hadisənin qeydə alındığı məktəbdədirlər. Yoxlamaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə uşaqların zəhərlənməsi hadisəsi baş verib. Qeyd olunan hadisə ilə bağlı AQTA-nın 20 nömrəli tam orta məktəbdə keçirdiyi yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub. Sözügedən qidaların vitrinlərə (isti və soyuq vitrin, açıq vitrin) yığılaraq satışı həyata keçirilir. Həmçinin, məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.
Məlumat üçün bildirək ki, 2022-2023-cü illər ərzində Agentlik tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib.
Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib.
Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.
Xəbər lenti
0