https://sputnik.az/20230419/salvador-dalinin-surrealizm-menem-adli-sergisi-acilacaq-453913898.html
Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq
Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq
Sputnik Azərbaycan
Azərbaycanda ilk dəfə təqdim olunacaq işləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri də nümayiş olunacaq. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T08:33+0400
2023-04-19T08:33+0400
2023-04-19T08:33+0400
salvador dali
mədəniyyət
sərgi
heydər əliyev mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42341/06/423410608_0:0:2970:1671_1920x0_80_0_0_07e3f7fbda3bb4461142c18c04968134.jpg
BAKI, 19 aprel — Sputnik. Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından olan Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.Heydər Əliyev Mərkəzindən verilən xəbərə görə, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri nümayiş olunacaq. Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada S.Dalinin orijinal işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir. Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək. Salvador Dali kimdir? Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə kataloniyalı idi, özünü bu cür dərk edir və bu özəlliyində israr edirdi.Rəsmdə yeni cərəyanlarla tanış olduqdan sonra Dali kubizm və dadaizm üsullarını sınaqdan keçirir. 1926-cı ildə müəllimlərə qarşı təkəbbürlü və laqeyd münasibətinə görə Akademiyadan xaric edilir.Elə həmin il o, ilk dəfə Parisə gedir və burada Pablo Pikasso ilə tanış olur.Öz üslubunu tapmağa çalışaraq, ötən əsrin 20-ci illərinin sonunda Pikasso və Joan Mironun təsiri altında bir sıra əsərlər yaradır.1929-cu ildə Buñuel ilə birlikdə "Andalusiya iti" sürrealist filminin yaradılmasında iştirak edir.Dali həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkib, onlarla heykəllə bərabər, daş üzərində müxtəlif səpkili əsərlər yaratmış, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olub.1994-cü ildə İstanbulda Art Fair sərgisində və 2001-ci ildə Brüsseldə beynəlxalq Kunstbeurs sərgisində azərbaycanlı rəssam Sakit Məmmədovun dahi rəssamla birlikdə rəsm əsərləri sərgilənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42341/06/423410608_436:0:2765:1747_1920x0_80_0_0_b5ce2701ace5b6cea39c30679b8496be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
salvador dali, sərgi, heydər əliyev mərkəzi
salvador dali, sərgi, heydər əliyev mərkəzi
Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq
Azərbaycanda ilk dəfə təqdim olunacaq işləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri də nümayiş olunacaq.
BAKI, 19 aprel — Sputnik. Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından olan Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.
Heydər Əliyev Mərkəzindən verilən xəbərə görə, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri nümayiş olunacaq.
Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada S.Dalinin orijinal işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.
Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.
Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə kataloniyalı idi, özünü bu cür dərk edir və bu özəlliyində israr edirdi.
Rəsmdə yeni cərəyanlarla tanış olduqdan sonra Dali kubizm və dadaizm üsullarını sınaqdan keçirir. 1926-cı ildə müəllimlərə qarşı təkəbbürlü və laqeyd münasibətinə görə Akademiyadan xaric edilir.
Elə həmin il o, ilk dəfə Parisə gedir və burada Pablo Pikasso ilə tanış olur.
Öz üslubunu tapmağa çalışaraq, ötən əsrin 20-ci illərinin sonunda Pikasso və Joan Mironun təsiri altında bir sıra əsərlər yaradır.
1929-cu ildə Buñuel ilə birlikdə "Andalusiya iti" sürrealist filminin yaradılmasında iştirak edir.
Dali həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkib, onlarla heykəllə bərabər, daş üzərində müxtəlif səpkili əsərlər yaratmış, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olub.
1994-cü ildə İstanbulda Art Fair sərgisində və 2001-ci ildə Brüsseldə beynəlxalq Kunstbeurs sərgisində azərbaycanlı rəssam Sakit Məmmədovun dahi rəssamla birlikdə rəsm əsərləri sərgilənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.