https://sputnik.az/20230419/rub-erzinde-qeyri-neft-ixracinda-rekordu---azerbaycanin-neftden-asililigi-azalirmi-453915619.html
Rüb ərzində qeyri-neft ixracında rekordu - Azərbaycanın neftdən asılılığı azalırmı?
Rüb ərzində qeyri-neft ixracında rekordu - Azərbaycanın neftdən asılılığı azalırmı?
Sputnik Azərbaycan
Cari ilin birinci rübünün yekunlarına görə, Azərbaycanın qeyri-neft ixracının artımının əsas amili elektrik enerjisi təchizatı olub. İxracın diversifikasiyası... 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T09:01+0400
2023-04-19T09:01+0400
2023-04-19T09:01+0400
ixrac
iqtisadiyyat
azərbaycan
qeyri-neft sektoru
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445736254_0:160:3072:1888_1920x0_80_0_0_52adc2dea7bb3ad004ba0e601f574e3b.jpg
BAKI, 19 aprel — Sputnik. İlin birinci rübündə Azərbaycan 1 milyard dollara yaxın qeyri-neft ixracı həyata keçirib ki, bu da üç ay ərzində rekord göstəricidir. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faizdən çox artaraq 912,2 milyon dollara çatıb. Yenə də elektrik enerjisi İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracının strukturunda elektrik enerjisinin payı 30%-i ötür. İqtisadçı, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında da artım olduğunu qeyd edib. Məsələn, Azərbaycan iki il sonra yenidən Rusiyaya pomidor ixracında birinci yeri tutub. "Qeyri-neft ixracında müsbət məqamlar var, lakin ümumilikdə neftdən asılılıqdan çıxdığımızı söyləmək hələ tezdir", - deyə Cəfərli yekunlaşdırıb. Özəl sektor yenə iş başında deyil İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, qeyri-neft sektoru əsasən dövlət şirkətlərinin hesabına artıb, ona görə də özəl sahibkarlıq yenə də ixracın diversifikasiyası prosesinin iştirakçısına çevrilməyib. İqtisadçı qeyd edib ki, buna baxmayaraq, digər sektorlarda qeyri-neft ixracında artım var, lakin bu, hələ də ölkənin potensialına uyğun gəlmir. "Hazırkı rəqəmlər, əlbəttə ki, ümidvericidir, lakin Azərbaycanın potensialından çox uzaqdır. Mən deyərdim ki, biz qeyri-neft ixracatında mövcud potensialın 5%-dən belə istifadə etmirik. Qonşu ölkələrlə müqayisə etsək, biz onlarda çox geridəyik", - deyə Kərimli bildirib. Ekspert hesab edir ki, Azərbaycan iqtisadiyyatını ixracyönümlü iqtisadiyyata çevirmək üçün bir sıra dəyişikliklər, o cümlədən Vergi Məcəlləsinə əlavələr etmək lazımdır. Bu istiqamətdə işlərin kifayət qədər sürətlə aparılmadığını və hələ çox görülməli işlər olduğunu deyən Kərimli əlavə edib ki, bu sürətlə Azərbaycan iqtisadiyyatının neft və qaz ixracından asılılığını uzun illər ərzində azaltmaq mümkün olmayacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445736254_171:0:2902:2048_1920x0_80_0_0_8b83c09664b8caf302cb573552f6bd84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ixrac, azərbaycan, qeyri-neft sektoru
ixrac, azərbaycan, qeyri-neft sektoru
Rüb ərzində qeyri-neft ixracında rekordu - Azərbaycanın neftdən asılılığı azalırmı?
Cari ilin birinci rübünün yekunlarına görə, Azərbaycanın qeyri-neft ixracının artımının əsas amili elektrik enerjisi təchizatı olub. İxracın diversifikasiyası prosesi nə dərəcədə uğurludur?
BAKI, 19 aprel — Sputnik. İlin birinci rübündə Azərbaycan 1 milyard dollara yaxın qeyri-neft ixracı həyata keçirib ki, bu da üç ay ərzində rekord göstəricidir. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faizdən çox artaraq 912,2 milyon dollara çatıb.
Yenə də elektrik enerjisi
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracının strukturunda elektrik enerjisinin payı 30%-i ötür.
"Azərbaycan kadastr üzrə qeyri-neft ixracına daxil olan elektrik enerjisinin ixracını demək olar ki, dörd dəfə artırıb. Amma biz başa düşürük ki, Azərbaycanda elektrik enerjisi əsasən qazla işləyən elektrik stansiyaları tərəfindən istehsal olunur. Yəni bu, sözün klassik mənasında qeyri-neft ixracı deyil", - deyə Cəfərli "Sputnik Azərbaycan"a bildirib.
İqtisadçı, eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracında da artım olduğunu qeyd edib. Məsələn, Azərbaycan iki il sonra yenidən Rusiyaya pomidor ixracında birinci yeri tutub.
"Qeyri-neft ixracında müsbət məqamlar var, lakin ümumilikdə neftdən asılılıqdan çıxdığımızı söyləmək hələ tezdir", - deyə Cəfərli yekunlaşdırıb.
Özəl sektor yenə iş başında deyil
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, qeyri-neft sektoru əsasən dövlət şirkətlərinin hesabına artıb, ona görə də özəl sahibkarlıq yenə də ixracın diversifikasiyası prosesinin iştirakçısına çevrilməyib.
"Qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisidir. Amma elektrik enerjisi sənayesi enerji sektorunun tərkib hissəsidir. Yəni dövlət ixracı yenidən artıb", - deyə Kərimli "Sputnik Azərbaycan"a bildirib.
İqtisadçı qeyd edib ki, buna baxmayaraq, digər sektorlarda qeyri-neft ixracında artım var, lakin bu, hələ də ölkənin potensialına uyğun gəlmir.
"Hazırkı rəqəmlər, əlbəttə ki, ümidvericidir, lakin Azərbaycanın potensialından çox uzaqdır. Mən deyərdim ki, biz qeyri-neft ixracatında mövcud potensialın 5%-dən belə istifadə etmirik. Qonşu ölkələrlə müqayisə etsək, biz onlarda çox geridəyik", - deyə Kərimli bildirib.
Ekspert hesab edir ki, Azərbaycan iqtisadiyyatını ixracyönümlü iqtisadiyyata çevirmək üçün bir sıra dəyişikliklər, o cümlədən Vergi Məcəlləsinə əlavələr etmək lazımdır.
Bu istiqamətdə işlərin kifayət qədər sürətlə aparılmadığını və hələ çox görülməli işlər olduğunu deyən Kərimli əlavə edib ki, bu sürətlə Azərbaycan iqtisadiyyatının neft və qaz ixracından asılılığını uzun illər ərzində azaltmaq mümkün olmayacaq.
"Qeyri-neft ixracının 75%-ə qədəri enerji sektorunun payına düşür. Azərbaycanın qeyri-neft ixracı ən azı 4 dəfə artmalıdır ki, biz ölkəyə idxalın həcmini kompensasiya edə bilək", - deyə ekspert sözünü tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.