https://sputnik.az/20230419/prezident-abs-dovlet-katibinin-numayendesine--ermenistanla-sulh-muqavilesi-barede-danisib-453970309.html
Prezident ABŞ Dövlət katibinin nümayəndəsinə Ermənistanla sülh müqaviləsi barədə danışıb
Prezident ABŞ Dövlət katibinin nümayəndəsinə Ermənistanla sülh müqaviləsi barədə danışıb
Sputnik Azərbaycan
Olson deyib ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T21:12+0400
2023-04-19T21:12+0400
2023-04-19T22:19+0400
siyasət
prezident ilham əliyev
entoni blinken
abş dövlət departamenti
abş dövlət katibi
https://cdnn1.img.sputnik.az/img/07e7/04/13/453968901_0:23:923:542_1920x0_80_0_0_bd686d603db81a4d84f74751b250109b.jpg
BAKI, 19 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib.Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub.Erika Olson isə öz növbəsində vurğulayıb ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olunub.Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür.
https://sputnik.az/20230419/abs-dovlet-departamentinin-numayendesi-azerbaycana-niye-gelib-453965256.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/13/453968901_200:0:923:542_1920x0_80_0_0_0aac063c95d4ed388387687bd5b7899d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, entoni blinken, abş dövlət departamenti, abş dövlət katibi
prezident ilham əliyev, entoni blinken, abş dövlət departamenti, abş dövlət katibi
Prezident ABŞ Dövlət katibinin nümayəndəsinə Ermənistanla sülh müqaviləsi barədə danışıb
21:12 19.04.2023 (Yenilənib: 22:19 19.04.2023) Olson deyib ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir.
BAKI, 19 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsip ölkəmiz tərəfindən təklif olunub.
Erika Olson isə öz növbəsində vurğulayıb ki, ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir. Bu əsnada ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olunub.
Söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür.