https://sputnik.az/20230419/ombudsman-ermenistanda-esir-goturulmus-herbcilerimizin-valideynleri-ile-gorusub-453965110.html
Ombudsman Ermənistanda əsir götürülmüş hərbçilərimizin valideynləri ilə görüşüb
Ombudsman Ermənistanda əsir götürülmüş hərbçilərimizin valideynləri ilə görüşüb
Sputnik Azərbaycan
Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə... 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T19:30+0400
2023-04-19T19:30+0400
2023-04-19T19:30+0400
ombudsman
cəmiyyət
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_0:54:1025:630_1920x0_80_0_0_6280b6938e987b771ae1d7ea6c6c2d09.jpg
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitinə görə itkin düşmüş və Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüş keçirilib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib. S.Əliyeva müvafiq beynəlxalq və regional təşkilatlara ünvanladığı məktubda hərbi qulluqçularımızın Ermənistanda saxlanıldıqları müddət ərzində hüquqlarının təmin olunmasını, ailələri ilə videozəng vasitəsilə əlaqə imkanının yaradılmasını, habelə əsgərimizin qeyri-insani rəftara məruz qalması ilə bağlı video və fotoların araşdırılmasını tələb etdiyini vurğulayıb. Bununla yanaşı, Müvəkkil hərbi qulluqçularımızın vəziyyətinin diqqətdə saxlanıldığını bildirib, onların azad olunaraq ölkəyə qaytarılmaları istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_56:0:967:683_1920x0_80_0_0_c3fc76a5e4386989907961f6aba70d16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman, ermənistan
Ombudsman Ermənistanda əsir götürülmüş hərbçilərimizin valideynləri ilə görüşüb
Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib.
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitinə görə itkin düşmüş və Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüş keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib. S.Əliyeva müvafiq beynəlxalq və regional təşkilatlara ünvanladığı məktubda hərbi qulluqçularımızın Ermənistanda saxlanıldıqları müddət ərzində hüquqlarının təmin olunmasını, ailələri ilə videozəng vasitəsilə əlaqə imkanının yaradılmasını, habelə əsgərimizin qeyri-insani rəftara məruz qalması ilə bağlı video və fotoların araşdırılmasını tələb etdiyini vurğulayıb.
Bununla yanaşı, Müvəkkil hərbi qulluqçularımızın vəziyyətinin diqqətdə saxlanıldığını bildirib, onların azad olunaraq ölkəyə qaytarılmaları istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.