https://sputnik.az/20230419/gomruk-komitesinin-azerterminalkompleks-birliyinin-xidmetleri-avtomatlasdirilir-453947234.html
Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin xidmətləri avtomatlaşdırılır
Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin xidmətləri avtomatlaşdırılır
Sputnik Azərbaycan
Bundan əvvəl "Azərterminalkompleks" Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T18:35+0400
2023-04-19T18:35+0400
2023-04-19T19:25+0400
gömrük
cəmiyyət
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/40347/95/403479545_0:0:1800:1014_1920x0_80_0_0_094a46621ea2ffae01aef6ecb28a4f81.jpg
BAKI, 19 aprel — Sputnik. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar qəbul edib. Bundan əvvəl "Azərterminalkompleks" Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib. Bundan sonra "Azərterminalkompleks" Birliyi komitə tərəfindən verilmiş səlahiyyət əsasında xarici ticarət iştirakçılarına gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə xidmətlər göstərəcək. Həmçinin əsasnamədə edilmiş dəyişikliklə, "Azərterminalkompleks" Birliyinin yeni vəzifəsi müəyyən edilib. Qurum ticarətin asanlaşdırılması mərkəzlərində müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin edəcək. "Azərterminalkompleks" Birliyi Qeyd edək ki, "Azərterminalkompleks" Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin və Birliyin Əsasnamələrini rəhbər tutur. Birlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Komitənin tabeliyində olan gömrük orqanları və digər qurumları ilə, habelə digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Birlik öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur. Birlik müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40347/95/403479545_200:0:1800:1200_1920x0_80_0_0_3d71d07f206ddecce66e64972b719d02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, dövlət gömrük komitəsi
gömrük, dövlət gömrük komitəsi
Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin xidmətləri avtomatlaşdırılır
18:35 19.04.2023 (Yenilənib: 19:25 19.04.2023) Bundan əvvəl "Azərterminalkompleks" Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib.
BAKI, 19 aprel — Sputnik. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar qəbul edib.
Bundan əvvəl "Azərterminalkompleks" Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib. Bundan sonra "Azərterminalkompleks" Birliyi komitə tərəfindən verilmiş səlahiyyət əsasında xarici ticarət iştirakçılarına gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə xidmətlər göstərəcək.
Həmçinin əsasnamədə edilmiş dəyişikliklə, "Azərterminalkompleks" Birliyinin yeni vəzifəsi müəyyən edilib. Qurum ticarətin asanlaşdırılması mərkəzlərində müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin edəcək.
"Azərterminalkompleks" Birliyi
Qeyd edək ki, "Azərterminalkompleks" Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur.
Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin və Birliyin Əsasnamələrini rəhbər tutur.
Birlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Komitənin tabeliyində olan gömrük orqanları və digər qurumları ilə, habelə digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Birlik öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur.
Birlik müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.