https://sputnik.az/20230419/doktoranturaya-qebul-qaydalari-deyisib-453937106.html
Doktoranturaya qəbul qaydaları dəyişib
Doktoranturaya qəbul qaydaları dəyişib
Sputnik Azərbaycan
Nazirlər Kabineti bununla bağlı "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T11:47+0400
2023-04-19T11:47+0400
2023-04-19T11:53+0400
qəbul
təhsil
dövlət imtahan mərkəzi
imtahan
https://cdnn1.img.sputnik.az/img/41531/15/415311568_1141:178:4664:2159_1920x0_80_0_0_65b5456d18e9f99012c9aeff855ad4c5.jpg
BAKI, 19 aprel — Sputnik. "Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar. Nazirlər Kabineti bununla bağlı "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib. Qeyd edək ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. İndiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya "Cambridge English Qualifications" beynəlxalq dil sertifikatı əlavə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41531/15/415311568_1091:149:4664:2828_1920x0_80_0_0_d3f8ebdc094727929ae8b7b63361fa7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəbul, dövlət imtahan mərkəzi, imtahan
qəbul, dövlət imtahan mərkəzi, imtahan
Doktoranturaya qəbul qaydaları dəyişib
11:47 19.04.2023 (Yenilənib: 11:53 19.04.2023) Nazirlər Kabineti bununla bağlı "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib.
BAKI, 19 aprel — Sputnik. "Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar.
Nazirlər Kabineti bununla bağlı "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib.
Qeyd edək ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
İndiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya "Cambridge English Qualifications" beynəlxalq dil sertifikatı əlavə edilib.