https://sputnik.az/20230419/azerbaycanda-dasimalar-uzre-keyfiyyet-xartiyasinin-telebleri-tetbiq-olunacaq-453936967.html
Azərbaycanda daşımalar üzrə Keyfiyyət Xartiyasının tələbləri tətbiq olunacaq
Azərbaycanda daşımalar üzrə Keyfiyyət Xartiyasının tələbləri tətbiq olunacaq
Sputnik Azərbaycan
Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab... 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T17:43+0400
2023-04-19T17:43+0400
2023-04-19T17:52+0400
keyfiyyət
azərbaycan xəbərləri
bakı nəqliyyat agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_0:311:3089:2048_1920x0_80_0_0_2df5d92bfcedb83d587dccc03ffb42ca.jpg
BAKI, 19 aprel — Sputnik. Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun iclası keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, iclasda Avropa Nəqliyyat Nazirləri Konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib. Bununla da sözügedən mötəbər beynəlxalq qurum tərəfindən Azərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarə edilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyi qəbul edilib. Qeyd edək ki, ölkəmiz Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında protokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən qoşulub. Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli və çoxdəfəli illik icazələrlə Azərbaycan Respublikasında qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar tərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirilir. Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək. Milli daşıyıcıların beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa ölkələri istiqamətində daşımalarda payları əsaslı dərəcədə artırılacaq və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin ediləcək. Qeyd edək ki, iclas çərçivəsində Ermənistanın təqdim etdiyi sənədlərə də baxılıb və sənədlər qurumu qane etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691160_160:0:2891:2048_1920x0_80_0_0_a6913b44e30383c309fd1699272d2f19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
keyfiyyət, bakı nəqliyyat agentliyi
keyfiyyət, bakı nəqliyyat agentliyi
Azərbaycanda daşımalar üzrə Keyfiyyət Xartiyasının tələbləri tətbiq olunacaq
17:43 19.04.2023 (Yenilənib: 17:52 19.04.2023) Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək.
BAKI, 19 aprel — Sputnik. Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, iclasda Avropa Nəqliyyat Nazirləri Konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib.
Bununla da sözügedən mötəbər beynəlxalq qurum tərəfindən Azərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarə edilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyi qəbul edilib.
Qeyd edək ki, ölkəmiz Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında protokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən qoşulub.
Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli və çoxdəfəli illik icazələrlə Azərbaycan Respublikasında qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar tərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirilir.
Keyfiyyət Xartiyasının Azərbaycan Respublikasında tam tətbiq edilməsi ilə işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən operatorların və peşəkar sürücülərin beynəlxalq yük daşımalarına cəlb edilmələri təmin ediləcək. Milli daşıyıcıların beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa ölkələri istiqamətində daşımalarda payları əsaslı dərəcədə artırılacaq və beynəlxalq səviyyədə rəqabətə daha dayanıqlı olmaları təmin ediləcək.
Qeyd edək ki, iclas çərçivəsində Ermənistanın təqdim etdiyi sənədlərə də baxılıb və sənədlər qurumu qane etməyib.