https://sputnik.az/20230419/avtomobil-bazarinda-novbeti-qiymet-artimi-dalgasi-ola-biler---qtisadci-453907397.html
"Avtomobil bazarında növbəti qiymət artımı dalğası ola bilər" - İqtisadçı
"Avtomobil bazarında növbəti qiymət artımı dalğası ola bilər" - İqtisadçı
Sputnik Azərbaycan
Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb. Ekspertin fikrincə, avtomobillərin idxal qiymətinin artmasının əsas səbəbi elektrik və hibrid avtomobillərin... 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T09:29+0400
2023-04-19T09:29+0400
2023-04-19T09:29+0400
iqtisadiyyat
avtomobil
idxal
qiymət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/30220/71/302207134_0:134:1600:1034_1920x0_80_0_0_c1e0b548416b25ec24ac1b0e743aba08.jpg
BAKI, 19 aprel — Sputnik. Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti kəskin bahalaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66,3 faiz, miqdar ifadəsində isə 21,6 faiz çoxdur. Bu ilin ilk rübündə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 15 min 144 dollar olub. Ötən ilin eyni dövründə isə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 11 min 72 dollar təşkil edirdi. Beləliklə, bu il orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min dollardan çox bahalaşıb. Bəs, maraqlıdır idxal qiymətin bahalaşmasının səbəbləri nədir? Ölkə daxilində avtomobillər yenidən bahalaşacaqmı? İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, elektrik və hibrid avtomobillərin idxalında ciddi artım var:"Elektrik və hibrid avtomobillər bahadır" Onun sözlərinə görə, avtomobillərin idxal qiymətinin artmasının əsas səbəbi elektrik və hibrid avtomobillərin baha olmasıdır. Digər səbəb isə istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı ötən ay verilən qərardır. Bu fonda yeni və daha baha olan avtomobillərin ölkəyə gətirilməsində artım var. Bu da ümumi avtomobil idxalının dəyərini yüksəldən amilə çevrilib. "May-iyun aylarında növbəti qiymət artımı dalğası ola bilər" Ölkə daxilində avtomobillərin bahalaşması davam edəcəkmi sualına ekspert belə cavab verib:İstehsal tarixindəki 3ç il məhdudiyyətinin 5 ilə qaldırılması təklif edilir İqtisadçının fikrincə, güzəştlər ilə bağlı elektrik avtomobillərin son 3 ilin istehsalı ilə məhdudlaşdırılması doğru deyil. Çünki yaşı 1 il və ya yaşı 10 il olan elektrik avtomobilin ekologiyaya vurduğu ziyan sıfıra bərabərdir. Ona görə də elektrik və hibrid avtomobillər ilə bağlı məhdudiyyətin 3 ildən 5 ilə qaldırılması ölkənin avtoparkının yenilənməsinə ciddi müsbət təsir göstərə bilər. Çünki son 5 ilin istehsalı olan avtomobilin qiyməti daha cəlbedicidir. Avtomobil idxalında artım var Qeyd edək ki, ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd idisə, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib. 2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Ötən ilin eyni dövründə bu, müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi. Ölkədə minik avtomobillərinin qiyməti bahalaşıb Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ölkə daxilində minik avtomobillərinin qiyməti bahalaşıb. Bu ilin mart ayında 1 ədəd minik avtomobilinin orta aylıq istehlak qiyməti 39 min 677 manat olub. Bu da fevral ayı ilə müqayisədə 0,3 faiz artım deməkdir. Elektrik və hibrid avtomobillər üçün güzəştlər... Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Keçən il zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilib. Eyni zamanda elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib. İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabineti bu ilin mart ayında qərara alıb ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılsın.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230329/azerbaycana-yasi-10-ilden-cox-olan-minik-avtomobillerinin-getirilmesi-dayandirilir-453172183.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/30220/71/302207134_23:0:1578:1166_1920x0_80_0_0_baca121444f68d988501d67069ff8f8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, idxal, qiymət, azərbaycan
avtomobil, idxal, qiymət, azərbaycan
"Avtomobil bazarında növbəti qiymət artımı dalğası ola bilər" - İqtisadçı
Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb. Ekspertin fikrincə, avtomobillərin idxal qiymətinin artmasının əsas səbəbi elektrik və hibrid avtomobillərin baha olmasıdır.
BAKI, 19 aprel — Sputnik. Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti kəskin bahalaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66,3 faiz, miqdar ifadəsində isə 21,6 faiz çoxdur.
Bu ilin ilk rübündə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 15 min 144 dollar olub. Ötən ilin eyni dövründə isə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 11 min 72 dollar təşkil edirdi. Beləliklə, bu il orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min dollardan çox bahalaşıb.
Bəs, maraqlıdır idxal qiymətin bahalaşmasının səbəbləri nədir? Ölkə daxilində avtomobillər yenidən bahalaşacaqmı?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, elektrik və hibrid avtomobillərin idxalında ciddi artım var:
"Azərbaycanda qaydalar dəyişib və son 3 ilin istehsalı olan elektrik və hibrid avtomobillərin idxalına ciddi güzəştlər tətbiq edilir. Son 3 ilin elektrik və hibrid avtomobilləri isə çox bahadır. Amma vətəndaşların bir qismi buna yönəliblər ki, gömrükdə az ödəniş etsinlər. Başqa sözlə, baha olmasına baxmayaraq elektrik və hibrid avtomobillərin ölkəyə gətirilməsinə maraq artıb".
"Elektrik və hibrid avtomobillər bahadır"
Onun sözlərinə görə, avtomobillərin idxal qiymətinin artmasının əsas səbəbi elektrik və hibrid avtomobillərin baha olmasıdır. Digər səbəb isə istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı ötən ay verilən qərardır. Bu fonda yeni və daha baha olan avtomobillərin ölkəyə gətirilməsində artım var. Bu da ümumi avtomobil idxalının dəyərini yüksəldən amilə çevrilib.
"May-iyun aylarında növbəti qiymət artımı dalğası ola bilər"
Ölkə daxilində avtomobillərin bahalaşması davam edəcəkmi sualına ekspert belə cavab verib:
"May-iyun aylarında növbəti qiymət artımı dalğası ola bilər. Köhnə avtomobillərə də bu, təsir göstərəcək. Amma qiymət artımının kəskin olması mümkün deyil. Çünki qiymətlər çox artsa, satışlar azalacaq. Ona görə də yəqin burada qızıl ortanın tapılması cəhdi olacaq. Adətən hər il yay aylarında avtomobillərə maraq artır və onun qiymətində müəyyən artım olur. Yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması və digər məsələlər avtomobil bazarına təsir göstərir və qiymətin artmasına səbəb olur".
İstehsal tarixindəki 3ç il məhdudiyyətinin 5 ilə qaldırılması təklif edilir
İqtisadçının fikrincə, güzəştlər ilə bağlı elektrik avtomobillərin son 3 ilin istehsalı ilə məhdudlaşdırılması doğru deyil. Çünki yaşı 1 il və ya yaşı 10 il olan elektrik avtomobilin ekologiyaya vurduğu ziyan sıfıra bərabərdir. Ona görə də elektrik və hibrid avtomobillər ilə bağlı məhdudiyyətin 3 ildən 5 ilə qaldırılması ölkənin avtoparkının yenilənməsinə ciddi müsbət təsir göstərə bilər. Çünki son 5 ilin istehsalı olan avtomobilin qiyməti daha cəlbedicidir.
"Azərbaycanda avtomobillərin 80 faizə yaxını 10 yaş və daha yuxarıdır. Avtoparkı yeniləmək istəyiriksə, bəzi təşviq proqramlarının artırılmasına, o cümlədən gömrük rüsumları və vergi dərəcələrinə də baxılmasına ehtiyac var", - deyə, o əlavə edib.
Avtomobil idxalında artım var
Qeyd edək ki, ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd idisə, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib.
2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Ötən ilin eyni dövründə bu, müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi.
Ölkədə minik avtomobillərinin qiyməti bahalaşıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ölkə daxilində minik avtomobillərinin qiyməti bahalaşıb. Bu ilin mart ayında 1 ədəd minik avtomobilinin orta aylıq istehlak qiyməti 39 min 677 manat olub. Bu da fevral ayı ilə müqayisədə 0,3 faiz artım deməkdir.
Elektrik və hibrid avtomobillər üçün güzəştlər...
Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
Keçən il zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilib. Eyni zamanda elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.
İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabineti bu ilin mart ayında qərara alıb ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılsın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.