https://sputnik.az/20230418/zengezur-dehlizi-yalniz-azerbaycanin-strateji-maraqlarini-eks-etdirmir---ramil-usubov-453886649.html
Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir - Ramil Usubov
Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir - Ramil Usubov
Sputnik Azərbaycan
Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük... 18.04.2023, Sputnik Azərbaycan
2023-04-18T19:50+0400
2023-04-18T19:50+0400
2023-04-18T19:53+0400
zəngəzur dəhlizi
azərbaycan xəbərləri
ramil usubov
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_0:77:1600:977_1920x0_80_0_0_5109b1154dd363dc76179e4f03da37ed.jpg
BAKI, 18 aprel — Sputnik. "Qarabağ münaqişəsinin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir". Bu fikirlər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd edilib. "Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verdi və illərlə "dondurulmuş" sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaratdı. Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir", - deyə o sözünə davam edib. R.Usubov onu da vurğulayıb ki, Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib."Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır", - deyə məqalədə qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_294:0:1597:977_1920x0_80_0_0_f21f7e9745cbfe25fafd9cdd9fd926d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngəzur dəhlizi, ramil usubov, təhlükəsizlik şurası
zəngəzur dəhlizi, ramil usubov, təhlükəsizlik şurası
Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir - Ramil Usubov
19:50 18.04.2023 (Yenilənib: 19:53 18.04.2023) Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər.
BAKI, 18 aprel — Sputnik. "Qarabağ münaqişəsinin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir".
Bu fikirlər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd edilib.
"Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər. Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaqdır", - Azərbaycanın Təhlükəsizlik Şurasının katibi qeyd edib.
"Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verdi və illərlə "dondurulmuş" sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaratdı. Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir", - deyə o sözünə davam edib.
R.Usubov onu da vurğulayıb ki, Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib.
"Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır", - deyə məqalədə qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.