Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Təsərrüfatları Laçın və Kəlbəcər yaylaqlarına necə aparaq - TƏFƏRRÜAT

© AFP 2024 / PASCAL GUYOTQoyun sürüsü
Qoyun sürüsü - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Qoyunçuluq və arıçılıq təsərrüfatlarının Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsi üçün qeydiyyat başlayıb. Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.
BAKI, 18 aprel — Sputnik. Qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın və Kəlbəcər yaylaqlarına aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Qaydalara əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər.

Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə öz arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Yaylaqlara aparılacaq arı ailələri identifikasiya nömrəli (birkalanmış) və EKTİS-də qeydiyyatda olmalıdır.
Eyni kateqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu heyvan olan fermerlər də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər.
Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etməlidir.

Yaylaqlara köçlə bağlı məlumatlandırma

- Laçın və Kəlbəcər rayonlarına köç Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının fermerləri üçün nəzərdə tutulub.
- Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçirilir.
- Arı ailəsinin sayı - 40 və daha artıq olmalıdır.
- Xırdabuynuzlu heyvanların sayı - 200 baş və daha artıq olmalıdır.
- Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır.
- Köç edəcək fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə DAİM-ə müraciət etməlidir.

İşçi sayına məhdudiyyətlər

Arı ailəsi üçün:
- 40-80 arı ailəsi üçün – qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər),
- 81-120 arı ailəsi üçün – qrup rəhbəri və 7 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər),
- 120-dən çox arı ailəsi üçün – qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər).
Xırdabuynuzlu heyvanlar üçün:
- 200-350 baş üçün qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər),
- 351-500 baş üçün qrup rəhbəri və 6 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər),
- 501-650 baş üçün qrup rəhbəri və 7 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər),
- 651-800 baş üçün qrup rəhbəri və 8 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər),
- 801-950 baş üçün qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
- 951-1100 baş üçün qrup rəhbəri və 10 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər),
- 1101-1250 baş üçün qrup rəhbəri və 11 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər),
- 1251-1400 baş üçün qrup rəhbəri və 12 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər),
- 1401-1500 baş üçün qrup rəhbəri və 13 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər),
- 1551-1700 baş üçün qrup rəhbəri və 14 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər),
- 1701-1850 baş üçün qrup rəhbəri və 15 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər),
- 1851-2000 baş üçün qrup rəhbəri və 16 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər),
- 2001-2500 baş üçün qrup rəhbəri və 18 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər),
- 2501-3000 baş üçün qrup rəhbəri və 20 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər),
- 3000 başdan çox üçün qrup rəhbəri və 22 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər).
İribuynuzlunun sayı xırdabuynuzlunun sayının1/10-dən çox olmamalıdır.

Yaylaqlara köçlə əlaqədar fermerlər qarşısında qoyulan əlavə şərtlər:

- Heyvanların yaylağa köçürülməsindən əvvəl çimizdirilmə qəbzinin köç portalına yüklənməsi,
- DAİM və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin birgə məlumat vərəqəsinin portala yüklənməsi (məlumat vərəqəsi əlavə olunur),
- Təsərrüfatın təyinat nöqtəsinə nəqliyyat vasitəsi ilə daşınması,
- Helmintozlara qarşı (qurd xəstəliklərinə) tədbirlərin aparılması.
Qeyd edək ki, yazın son ayından başlayaraq heyvanların yaylaqlara aparılmasına başlanılır. Bu zaman heyvanların sağlam olması və qısa müddətdə təyin olunmuş yerə, yəni yaylaqlara çatdırılması vacib şərtlərdən biridir.

Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. İşğaldan azad edilmiş Laçın rayonunda arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatacaq.

Ümumilikdə 2022-ci il yaylaq mövsümündə 17 min 406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.
Xəbər lenti
0