https://sputnik.az/20230418/start-2023-film-layihesi-musabiqesinin-neticeleri-elan-olunub-453909398.html
“Start-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub
“Start-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub
Sputnik Azərbaycan
Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. 18.04.2023, Sputnik Azərbaycan
2023-04-18T21:08+0400
2023-04-18T21:08+0400
2023-04-18T21:08+0400
azərbaycan
mədəniyyət
kino
film
https://cdnn1.img.sputnik.az/img/42212/69/422126925_0:196:1920:1276_1920x0_80_0_0_0ef8c61a1164ecd45c4ddf74f024c4fb.jpg
BAKI, 18 aprel — Sputnik. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “START-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub. "Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub.Müsabiqə müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Ümumilikdə 45 layihə dəyərləndirilmək üçün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilib. Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir. Ekspert şurasının sonuncu iclasında qaliblər müəyyənləşdirilib. Belə ki, “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub. Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə qalib olunan layihələrin istehsal olunması nəzərdə tutulub. Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsinə 2022-ci il noyabrın 1-dən etibarən start verilmişdi və layihəyə sənəd qəbulu cari il yanvarın 31-dək davam etmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/69/422126925_194:0:1895:1276_1920x0_80_0_0_012e0575a6eef1b5fa682c463698c777.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, kino, film
“Start-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub
Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır.
BAKI, 18 aprel — Sputnik. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “START-2023” film layihəsi müsabiqəsinin nəticələri elan olunub.
"Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub.
Müsabiqə müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Ümumilikdə 45 layihə dəyərləndirilmək üçün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilib.
Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, aktyor, ssenarist, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Ekspert şurasının sonuncu iclasında qaliblər müəyyənləşdirilib. Belə ki, “Tammetrajlı bədii film layihəsi” kateqoriyasında “Özgə ağrı” (Rövşən İsgəndərov), “Qısametrajlı bədii film layihəsi” kateqoriyasında “Erkən hisslər” (Nurlan Həsənli) və “Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç), “Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında “Balıq” (Fuad Quliyev) və “Sonuncu lələk” (Firəngiz Bağırova) layihələri qalib elan olunub.
Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə qalib olunan layihələrin istehsal olunması nəzərdə tutulub.
Xatırladaq ki, “START-2023” adlı film layihəsi müsabiqəsinə 2022-ci il noyabrın 1-dən etibarən start verilmişdi və layihəyə sənəd qəbulu cari il yanvarın 31-dək davam etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.