https://sputnik.az/20230418/regionda-davamli-sulhun-berqerar-olmasi-ucun-cezasizliga-son-qoyulmalidir---xn-453895911.html
Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır - XİN
Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır - XİN
Sputnik Azərbaycan
BAKI, 18 aprel — Sputnik. "Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21... 18.04.2023, Sputnik Azərbaycan
2023-04-18T12:40+0400
2023-04-18T12:40+0400
2023-04-18T12:40+0400
siyasət
azərbaycan xin
başlıbel faciəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441200772_0:0:1920:1080_1920x0_80_0_0_8b90950f2afbcc7c98b4ebfd0c8ae43d.jpg
BAKI, 18 aprel — Sputnik. "Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter"də edilən paylaşımında bildirilib. Xatırladaq ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirədə həyatlarını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441200772_240:0:1680:1080_1920x0_80_0_0_2506656b7208faaaf87b028bb9af2e0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, başlıbel faciəsi
azərbaycan xin, başlıbel faciəsi
Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmalıdır - XİN
BAKI, 18 aprel — Sputnik. "Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və nifrət siyasətinin növbəti təzahürü olan Başlıbel qətliamının 30-cu ildönümündə 21 qurbanın xatirəsini yad edirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter"də edilən paylaşımında bildirilib.
"Regionda davamlı sülhün bərqərar olması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk", - XİN-dən qeyd olunub.
Xatırladaq ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib.
Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirədə həyatlarını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.