CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan bayramı ilə bağlı neçə gün istirahət olacaq?

© AFP 2023 / AHMAD GHARABLIMəsciddə dua edən adam, arxiv şəkli
Məsciddə dua edən adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Baş nazir Əli Əsədovun 9 dekabr 2022-ci il tarixli qərarı ilə bu il Ramazan bayramı 21, 22 apreldə qeyd olunacaq.
BAKI, 18 aprel — Sputnik. Bu həftənin sonunda Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədovun 9 dekabr 2022-ci il tarixli qərarı ilə bu il Ramazan bayramı 21, 22 apreldə qeyd olunacaq.
22 aprel şənbə gününə təsadüf etdiyindən iş günlərinin yeri dəyişdirilib və beşgünlük iş həftəsində 24 aprel də qeyri-iş günüdür.
Beləliklə, bayrama görə ardıcıl olaraq 4 gün (21, 22, 23, 24 aprel) qeyri-iş günüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0