DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistan xalqı üçün sülh formulunu izah edib

© AFP 2024 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Ermənistan Baş naziri bildirib ki, heç kim qəbul etməz ki, güclənsinlər, inkişaf etsinlər və bu inkişafı və gücü başqalarına qarşı yönəltsinlər.
BAKI, 18 aprel — Sputnik. Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazimizi tanıdığını açıq şəkildə bəyan edərsə, Ermənistan isə heç bir ölkəyə ərazi iddiası olmadığını bəyan edərsə, bununla Ermənistan və region üçün sülh bərqərar olar. Bunu Baş nazir Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, sülhə nail olmaq dörd qonşu ölkə ilə normal münasibətlərin qurulması deməkdir. Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, həmçinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq.
Paşinyan bunun nə dərəcədə real olmasının Azərbaycanın hərəkətlərin sülhün möhkəmlənməsinə nə qədər yönəlməsindən asılı olduğunu bildirib.

"Əgər siyasi-diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacaq və vətəndaşlar kompromis həllərin həyata keçirilməsinə imkan verəcəkmi?", - deyə Paşinyan sual edib.

O, əmindir ki, vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin işidir. Hökumət prosesi vətəndaşlara aydın şəkildə izah etməlidir. İnsanlar başa düşdükdən sonra bu qərarlarla razılaşacaqlar.
Onun sözlərinə görə, bu edilməsə, o zaman Ermənistanın inkişafına imkan verilməz.

"Heç kim qəbul etməz ki, biz güclənək, inkişaf edək və bu inkişafı və gücü başqalarına qarşı yönəldək, ölkəmizin ərazilərini genişləndirək", - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu şərtlər daxilində digər ölkələrin gündəmi Ermənistan dövlətinin mövcudluğu olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0